A-aron Swart-z

İnternetdə “elmi monopoliya mərkəzləri”nə qarşı çıxmış və kibercinayətkar kimi haqqında 13 dəfə iddia qaldırılmış Aron Şvarts, 2013-cü il yanvar ayının 11-ində özünü asaraq intihar etmişdir. 26 yaşında həyatına son qoymuş Şvarts’ın başlatdığı mübarizənin mahiyyəti aşağıdakı manifestdə, şəxsən özü tərəfindən qələmə alınmışdır…

1694cfecca94165c7f5bc6a9004d8f81

***

“İnformasiya gücdür. Ancaq hər zamankı kimi bu gücü özlərində saxlamaq istəyənlər var. Yüz illərdir kitab və jurnallarda çap edilən dünyanın bütün elmi və mədəni irsi sürətli şəkildə rəqəmsallaşdırılır və bir qrup özəl şirkətlər tərəfindən kilidə salınır. Ən məşhur elmi nəticələrin dərc edildiyi məqalələri oxumaq istəyirsiniz? Reed Elsevier kimi naşirlərə böyük məbləğdə pullar göndərməlisiniz.

Bu vəziyyəti dəyişdirmək üçün mübarizə aparanlar da var. “The Open Access” hərəkatı elm adamlarının müəllif hüquqlarını ötürməsini önləmək və çalışmaların internet üzərində hər kəsə açıq şəkildə yayımlanması ilə bağlı cəsur şəkildə savaşdı. Ancaq onların işi ən yaxşı halda gələcəkdə yayımlanacaq şeylərə təsir edə bilər. İndiyə qədərki hər şey itirilmiş olacaq.

Bunun bədəli çox yüksəkdir. Bir akademik, kolleqalarının işlərini oxumaq üçün pul verməyə məcbur edilməlidirmi? Bütün kitabxanaların axtarılmasına baxmayaraq yalnız Google’da olanların oxumaq icazəsi olan məqalələr? Elmi işlər Birinci Dünya ölkələrinin elit universitetlərində təmin edilir, ancaq Qlobal Cənubdakı uşaqlara yox? Bunlar olduqca biabırçı və qəbuledilməzdir.

“Razılaşıram” deyir çoxları, “amma nə edə bilərik? Şirkətlər müəllif hüquqlarını əllərində saxlayır, keçidə qiymət qoyub böyük məbləğlərdə pullar qazanırlarsa, bu tamamilə leqaldır – onları dayandırmaq üçün edə biləcəyimiz heç bir şey yoxdur.”. Fəqət edə biləcəyimiz, hətta edilmiş olan bir şey var: Əks hücuma keçə bilərik.

Bu mənbələrə girişi olanlar, tələbələr, kitabxanaçılar, elm adamları; sizə bir imtiyaz verilib. Sizlər bu bilik ziyafətindən qidalanarkən dünyanın geri qalanı içəri buraxılmır. Bu imtiyazı özünüzə – əxlaqi baxımdan da – saxlaya bilməzsiniz. Bunu dünya ilə paylaşma məsuliyyətiniz var. Və elədiniz: iş yoldaşlarınızla şifrənizi paylaşdınız, onların istəklərilə dostlarınız üçün sənədlər endirdiniz.

Çöldə qalanlar, bu əsnada sizlər də boş dayanmırdınız. Deşiklərdən müşahidə aparır, hasarlardan aşırdınız və naşirlərin bağladığı informasiyanı azad edib dostlarınızla paylaşırdınız.

Amma bütün bu hərəkətlər qaranlıqda, yeraltında gizlənərək edilirdi. Bu oğurluq və ya quldurluq adlandırıldı, sanki bir bilik xəzinəsini paylaşmaq bir gəmini talan edib heyəti öldürməklə əxlaqən bərabərmiş kimi. Paylaşmaq qeyri-əxlaqi bir şey deyil, əksinə, zəruri bir şeydir. Yalnız acgözlükdən kor olmuşlar dostlarına istədikləri surəti (copy) verməzlər.

Böyük şirkətlər, əlbəttə, acgözlükdən kor olmuşdur. İdarə edildikləri qanunlar buna məcbur edir, əks təqdirdə səhmdarlar üsyana qalxardılar. Və satın aldıqları siyasətçilər onları müdafiə üçün kimin surət çıxara biləcəyinə dair onlara xüsusi haqlar verən qanunlar çıxarır.

Ədalətli olmayan qanunlara uymaq düzgün deyil. Aydınlığa çıxmağın və böyük mülki itaətsizlik ənənəmizlə ictimai mədəniyyətimizin bu oğurluğuna qarşı olduğumuzu elan etməyin vaxtıdır.

Saxlanılma yerindən asılı olmayaraq, informasiya qəbul etməli, surətləri çıxarmalı və dünya ilə paylaşmalıyıq. Müəllif hüquqları bitən şeyləri götürüb arxivə əlavə etməliyik. Gizli məlumat bazalarını satın alıb internətə yerləşdirməliyik. Elmi jurnalları endirib dosye paylaşım şəbəkələrinə yükləməliyik. “Guerilla Open Access” üçün mübarizə aparmalıyıq.

Bütün dünyada yetəri qədər olarsaq, təkcə informasiyanın özəlləşdirilməsinə qarşı güclü bir mesaj verməyəcək, eyni zamanda onu tarixə göndərəcəyik. Bizə qoşulursunuz?”

Aaron Şvarts

İyul 2008, Eremo, İtaliya

***

bir Aziz Nesin vardı

Aziz Nesin 1

İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.
Demokratiyaya gəldikdə isə…

Sözün düzü onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir

– Demokratiyamız filiz verdi;
– Gənc demokratiyamız;
– Demokratiyanın cücərtiləri…deyib durmuşuq.

Şükür yetiştirənə neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.
Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik, bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.
Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.
Şükürlər olsun, demokratiyadan heç bir şikayətimiz yoxdur, yoxsa qəhvəsizlikdən çəkdiyimizi biz bilirik. Adı üstündə qəhvə. Heç nəyə bənzəməz. Halbuki demokratiya olsa da olar, olmasa da. Qəhvə olmasa insanın başı gicəllənər, demokratiya olmasa gicəllənməz. Qəhvənin məstedici qoxusu var, demokratiyanın qoxusu belə yoxdur. Qəhvəni fincana süzüb içə bilərsən, demokratiyanı nə yemək, nə də içmək olar. Məni başa sala bilərsinizmi demokratiya nə işə yarayır?
Xaricdən məmləkətimizə bol miqdarda demokratiya gəlir, amma qəhvə yox. Qəhvəni satırlar, demokratiyanı isə verirlər. Qəhvə üçün döviz lazımdır, demokratiya üçün isə heç bir şey istəmirlər.
Çəkdiyimiz bu qəhvə sıxıntısına bir baxın. Qəhvəyə necə də alışmışıq…
Qəhvənin yaxşısını-pisini, yenisini-bayatını, safını-saxtasını bir anda başa düşə bilərik.

Sağ olsunlar bəzi vətəndaşlarımız uydurma qəhvə hazırladılar. Öncə arpa qəhvəsi çıxdı, tutmadı. Sonra noxud qəhvəsi çıxdı, bəyənmədik. Sonra, paxla qəhvəsi çıxdı, içmədik. Biz millətçə qəhvə aludəçisiyik. Heç bir şeyin uydurmasını anlamarıq, ama qəhvəninkini əsla, aldanmarıq o dəqiqə ayırarıq uydurma qəhvə ilə əsl qəhvəni.

Ey Ulu Tanrım! Nə olardı, qəhvədən anladığımız qədər, bu demokratiyadan da baş çıxara biləydik…

***

”İnsanın sesini iyi kullanmasının gerekli olduğuna inanıyorum. Babamın anlattığına göre, çalıştığı fabrikanın sahibi de, sesini çok etkili kullanıyormuş. Babam, evimize gelen konuklara bunu sık sık anlatır. Gündeliklerini artırması için işçiler, ya da işçi mümessilleri, ustabaşıları, fabrika sahibine “Geçim sıkıntısı çekiyoruz, gündeliklerimizi arttırın.” diye rica ederlermiş. Patron, onlara sesini titreterek, öyle yumuşacık, tatlı bir sesle bir şeyler söylermiş ki, kendi sesinin etkisinden önce kendi gözleri dolarmış. Ondan sonra artık işçiler gözyaşlarını tutamazlarmış. Patron ağlar, onlar ağlarmış. Bir zaman karşılıklı ağlaştıktan sonra, ne diyeceklerini de unutan işçiler dışarı çıkarlarmış. Neden sonra kendilerine gelir gibi olunca, “Yahu, patron bize ne söyledi de biz öyle ağladık?” diye birbirlerine sorarlarmış. Ama patronun ne dediğini hiçbiri hatırlayamazmış.

Bir seferinde babam, arkadaşlarına:

– Sıkı duracağım, ne söylerse söylesin ağlamayacağım.. Hem de gündeliğimi artırmadan yanından çıkmayacağım, ya da işten ayrılırım…demiş.

Daha içeri girip de:

– Beyefendi.. der demez, patronu:

– Zor, zor kardeşim.. Biliyorum, bu zamanda geçim zor. Hiç bilmez olur muyum? diye başlamış.

Bu sözlerde ağlayacak bir şey yok ama, kağıt üstünde yazılı olunca öyle, bir de bu sözleri sesini yerli yerinde titretmeyi bilen birisi söylesin, karşısında taş olsa dayanamaz, ağlar. Ama babam, ne olursa olsun, ağlamamak için kendini tutuyormuş. Başlamışlar konuşmaya…

– Kaç kişiye bakıyorsun?- Beş kişi..

– Vah vah vah!..

O kadar çok ve o kadar acıklı vah vah demiş ki, babam nerdeyse kendini tutamayıp boşanacakmış. Ama dişlerini dudağına geçirip dayanmış.

– Çocukalrın okula gidiyor mu?

– Biri gidiyor, biri gitmiyor..

– Çok yazık! Demek birini gönderemiyorsun..

– Ufak da ondan, büyüyünce göndereceğim.

– Karına üç yılda bir manto da yaptıramazsın..

Babam:

– Yaptırıyorum.. demiş.

– Karın hasta da üstelik, değil mi?

– Yoo, hasta değil!

– Değil ama kardeşim, olabilir. O zaman ne olacak? Vah vah vah.. Kim bakacak zavallıya? Doktor ister, ilaç ister.. Bunların hepsi para.. Nasıl ameliyat ettireceksin?

– Kimi?

– Çocuğunu..

– Ne ameliyatı beyefendi? Öyle bir şey yok..

– Yok ama, mesela.. Gerekse..

Babam yine de dayanacakmış ama, patron ağlamaya başlayınca babam da gevşemiş:

– Aman beyefendi, ağlamayın, ne olur.. Biz nasıl olsa oluruz, bir kolayına bakarız.. Allahaşkına ağlamayın! demiş ki ona bakıp kendini de ağlatmasın.

Babam bu olayı anlatırken hep şöyle der:

– O zamana kadar patronla neler konuştuklarımızın farkındayım. Ama ondan sonra sözün gidişini kaybettim. Patron acıklı sesle bir şeyler anlatıyor, ikimiz karşılıklı ağlaşıyorduk. Derken nasıl olduysa, kendi kendime, “Toparlanayım da, bakalım şu adam neler anlatıyor, bir dinleyeyim.” dedim. Bir de dikkat ettim, ne anlatsa iyi? Hz. Hasan ile Hz. Hüseyin’in Kerbela’da nasıl şehit edildiklerini anlatmıyor mu? Nasıl edip lafı Hasan-Hüseyin’e getirdi, hiç anlayamadım.

Babam, ağlaya ağlaya patronun yanından çıkmış.”

Mətnlərə görə Şərif Abde’yə təşəkkürlər…
***
37 insanın həyatını itirdiyi Madımak otel faciəsindən sağ çıxa bilmişdi Aziz Nesin…

My Simone and “Love”

                                                                       weil2

“Sevgi təsəlli deyil. Sevgi işıqdır.”

Məşhur fransız filosof, ictimai fəal Simone Weil müasir sivilizasiyanın bir sıra xüsusiyyətlərinin geniş təhlili və sağlam ictimai öhdəlikləri ilə tanınır. Simone Weil öz zəkası, işçi sinfinə olan empatiya hissi ilə tanınan, yəhudi olmasına baxmayaraq, İsaya güclü dini inancı olan görkəmli ziyalı idi. Varlı burjua ailəsində boya-başa çatsa da, hələ kiçik yaşlarından yoxsulların acınacaqlı vəziyyətindən agah idi. Bir sıra şeir və jurnal məqalələri qələmə alan Weil-ın ədəbi işlərinin çoxu ölümündən sonra nəşr olunaraq, ona öz dövrünün ən orijinal filosofu adını qazandırır. Onun əsərləri ironiyanı yüksək intellektual nəsr və böhran içində olan ilahiyyatla birləşdirirdi. Uşaq yaşlarından zəkalı, qəlbən üsyankar olan Simone bütün ömrü boyu bakirə qalmağı seçir.

“Xəyali pislik romantik və cürbəcürdür; həqiqi pislik tutqun, monoton və cansıxıcıdır. Xəyali yaxşılıq darıxdırıcı, həqiqi yaxşılıq isə həmişə yeni, ecazkar və məstedicidir.”

Simone fəhlələrə fəlsəfəni öyrətmək istəyirdi, ancaq nasaz səhhətinə görə müəllimliyi tərk edərək həyatını işçi sinfinin əsas ehtiyac və tələblərini öyrənməklə keçirir. O, dəmir yolu, mədən və tarla işçilərinə təmənnasız dərslər verməklə yanaşı, iqtisadi ədalətə nail olmaq üçün öz əmək haqqı və vaxtını da onlara həsr edir.

Müəllimliklə yanaşı o, işsiz və təzyiq altında olan işçilərə kömək etməyə davam edirdi. Bir müddət sonra müəllimliyi tərk edir və heç bir təlim keçmədən bir il Fransanın ən aşağı dərəcəli fabrikində işləyir. Qeyri-adi ölçüdə kiçik əlləri və olduqca yüksək intellekti onun sürətlə işləməsinə mane olurdu. Odur ki, valideynlərinə ərzaq üçün pul verir, pulu qurtardıqda isə ac qalmalı olur. Bu müddət ərzində o, fiziki və əqli zəifliklə nəticələn şiddətli baş ağrılarından əziyyət çəkirdi. Sülhsevər olsa da 1936-cı il İspaniya Vətəndaş Müharibəsində Respublikaçılarla birlikdə könüllü işləyir. Yazıçı Georges Bataille onu “Don Kixot” adlandırırdı.

“Bütün günahlar boşluqları doldurma cəhdləridir.”

1935-ci ildə xristianlığa meyl etməyə başlayır, ancaq vəftiz olunmaqdan imtina edir. Yunan poeziyasını oxuyur və qriqorian musiqisini dinləyir. 1937-ci ildə İtaliyada Müqəddəs Assizli Fransisk kilsəsində mənəvi təcrübə yaşayır. Bu mistik təcrübəni o, belə izah edirdi: “Məndən daha güclü biri həyatımda ilk dəfə məni diz çökdürdü”. Bir il sonra Simone xristianlıq dinini qəbul edir.

“İnsan mövcudluğu çox kövrəkdir. Elə təhlükələrə məruzdur ki, titrəyərək sevirəm.”

II Dünya Müharibəsi zamanı almanlar Parisi istila edəndə Weil ailəsi Fransanın cənubuna köçür. 1942-ci ildə Simone ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına qaçır, müvəqqəti olaraq Harlemdə yoxsul insanlarla birlikdə yaşayır. 1943-cü ildə ona vərəm diaqnozu qoyulur, sağlam qidalanmaq və dincəlmək tövsiyə olunur. Buna baxmayaraq, Simone siyasi fəlsəfə və ictimai fəallığına əsaslanaraq, hər hansısa bir xüsusi müalicədən imtina edir. Bir fransız olduğunu vurğulayaraq, almanların istilası altında olan Fransada sanksiya tətbiq edilmiş miqdardan artıq qidalanmaqdan imtina edir. Bu, onun xəstəliyini şiddətləndirir. İmmun sistemi və funksional orqanları tamamilə zəifləyən Simone bir neçə ay sonra İngiltərədə vəfat edir.

Club 27

27-club

Yəqin ki bir çoxunuz “27-lər Klubu” haqqında eşitmisiniz. Eşitməmişsəniz də, bu yazımda həyatlarını 27 yaşında başa vurmuş və dünya musiqisi, mədəniyyət və incəsənətinə yeniliklər gətirmiş və yaşadıqları bu 27cə il ərzində miyonların sevimlisi olmağı bacarmış insanlardan söz açacağam.

“Klub 27” qeyd etdiyim kimi, əsasən rok və blues janrlarında öz sözünü demiş yenilikçi musiqiçilərin, sözün əsl mənasında “Musiqi Əjdaha”larının klubudur. Daha doğrusu,  27 yaşlarında həyatlarını müəmmalı şəkildə sonlandırdıqları  onlara verilən ümumi addır.

“Klub 27” üzvü olmayan, lakin həyatlarını 27 yaşında sonlandırmış digər sənət adamları da var, lakin  belə desək “rəsmi” olaraq, bu klubun yeddi  üzvü tanınsa da, burada ondan artıq insanların adı var. Bugün bu yazıda dördü haqqında söz açacağıq.

  • Başlayaq…Rəsmi olaraq klubun ilkin nümayəndəsi braziliyalı bəstəkar Aleşandre Levi (Alexandre Levy) hesab olunur,
    Alexandre Levy

    Alexandre Levy ( 1864-1892)

    Levi klubun ən yaşlı nümayəndəsidir. Ailəsi yahudi əsilli olub Fransadan Braziliyaya mühacirət etmişlər. Artıq 12 yaşından sərbəst şəkildə bəstələr yaradan musiqiçinin atası Enrike Luis Levi o dövrün ən istedadlı dühalarından hesab olunurdu. Levi 1892-ci ildə, ad günündən 2 ay sonra, 27 yaşında vəfat etmişdir. Onu digər üzvlərdən fərqləndirən cəhətlərdən başlıcası odur ki, onun ölüm səbəbi hələ də bilinmir. Digərlərinin ölümü haqqında bir neçə mülahizələr olsa da Levinin ölümü hələ də sirr olaraq qalır. Onun ölümü klubun ən tragik və mistik ölümü hesab olunur desək yanılmarıq.

  • Növbəti əfsanə 27 dövrünün reqtaym (ragtime) musiqisinin piano dahisi Lui Şovendir. (Louis Chauvin) 20-ci əsrin  əvvəllərinin ən görkəmli piano ifaçısı hesab olunan Şoven 1908-ci ildə vəfat etmişdir.
Louis Chauvin

Louis Chauvin (1881-1908)

  • Təəssüf ki onun haqqında məlumatlar yalnız söyləntilər və belə desək əfsanələr əsasında əldə olunub və maraqlıdır ki, həyat fəaliyyəti boyu yalnız üç kompozisiyası rəsmi olaraq yazılıb. Ən məşhur parça isə “Heliotrope Bouquet”  başlıqlı piano parçasıdır,  belə ki, bu da dövrünün digər reqtaymçısı Skott Coplin  (Scott Joplin) ilə birlikdə ərsəyə gəlmişdir. Şovenin ölüm səbəbi olaraq sifiliz əsaslı skleroz hesab olunur.
  •  Klubun növbəti üzvü amerikalı əfsanəvi cazmen, bluzmen  Robert Conson ( Robert Johnson) sayılır. Ölümünün rəsmi açıqlanmış  səbəbi sevgililərindən birinin qısqanc həyat yoldaşı tərəfindən güllələnməsidir. Lakin, bununla yanaşı onun zəhərləndiyi,daha doğrusu   kiminsə onu zəhərlədiyi fərziyyəsi də mövcuddur. Yazdığı əsərləri Eric Clapton, Ry Cooder, John Mayall kimi gitaristlər, RHCP (Red Hot Chili Peppers), Led Zeppelin, The Doors, The Rolling Stones kimi rok nəhəngləri ifa etmişlər və hələ də bu ənənəni davam etdirməkdədirlər. Maraqlıdır ki, “Me and the devil blues”, “Hellhound on my trail” kimi ifalarında o, gitarada bluz ifa etmə qabiliyyətini ona bəxş etməsi üçün şeytanla müqavilə bağladığını, və həyatının 20li yaşlarında hansısa mistik qüvvənin onun bu sahədəki səriştəsini artırdığını qeyd edir.
Robert Johnson

Robert Johnson (1911-1938)

  •  27-lər siyahımızı Brayan Cons (Brian Jones) davam etdirir. Çoxunuzun bildiyi kimi, “The Rolling Stones” qrupunun əsas təsisçisi, gitaristi hesab olunur. Həyatı boyunca yüksək dozalarda qəbul etdiyi narkotik maddələr şəxsi həyatına və karyerasına təsirsiz ötüşməmişdir. Dəfələrlə bunun üstündə nəzarətdə saxlanılmış, hətta bir dəfə real olaraq həyatını həbsdə keçirmək təhlükəsi ilə üzləşmişdir. Hətta 1969-cu ildə qrupun ABŞ-a səfəri Consun narkotik və alkoqol bağımlılığının məntiqi nəticəsi kimi təxirə salınmış və baş tutmamışdır. Bütün bunlar təbii ki, qrupun üzvləri ilə də münasibətinə mənfi təsir göstərirdi. Belə ki, qrup 1969-cu ilin iyuluna “Let İt Bleed” adlı albomlarını təqdim edəcəklərini planlaşdırarkən albomunun buraxılışını ABŞ-a səfərləri vaxtı etməyi düşünürlər. Lakin belə bir problem yaranır ki, rəsmilər Brayan Consun gəlişini qəbul etmədiklərini bildirirlər. Və bundan sonra qrup üzvləri ilə problemlər yaşayan musiqiçinin artıq daha böyük əhatə tərəfindən də rədd edilməsi ikinci zərbə olur. Beləliklə, 1969-cu ilin iyununda artıq Mik Jagger, Kit Riçards Consu ziyarət edib artıq onun kollektivdən kənarlaşdırıldığını bildirirlər. Tezliklə o yeni gitarist 20 yaşlı Mik Teylorla (Mick Taylor) əvəz olunur. Dostları və onu tanıyanlar qrupu tərk etdikdən sonra çox dəyişdiyini deyirdilər, bəziləri hətta yaxşılığa doğru getdiyini, yeni bir qrup, musiqi aləminə yeni bir nəfəs gətirmək istədiyini deyirdilər. Cons həyatından çox məmnun görünürdü. Bütün bunlara baxmayaraq,1969-cu il iyul ayının üçündə gecəyarısı onu evinin hovuzunun dibində tapırlar.
  • Rəfiqəsi Annanın dediyinə görə bir o, bir neçə dəqiqəlik hovuza girmişdi və hovuzdan çıxarıldıqda belə hətta sağ imiş və nəbzi vururmuş. Ekspertizanın rəyi “ehtiyatsızlıq ucbatından ölüm” oldu. Bundan başqa, Consun ürəyi və qaraciyərinin alkoqol və narkotikin təsirindən deformasiyaya uğradığı da qeyd olunmuşdu.. Anna hətta  «The Murder Of Brian Jones» (Brayan Consun qətli) adlı kitab da çıxarmış və orda ölümu haqqında başqa fikirləri sadalamışdır. Consun ölümündən sonra evində çox şey itmiş, oğurlanmışdır. Musiqi alətləri, müxtəlif ziynət əşyaları və sair. Belə bir şayiə də yayılmışdı ki, itən əşyalar arasında Consun üzərində işlədiyi layihənin demo versiyası da var imiş. Ölümündən sonra bir çox musiqiçilər onu yad etmişlər. Peter Taunşend ( “The Who” qrupunun yaradıcısı) “The Times” jurnalında “Brayan üçün normal gün, hər gün ölən adam” adlı peoma dərc etmiş, Cimi Hendriks radioların birində onun şərəfinə mahnı ifa etmişdir. Cim Morrison isə, “Los Angelesdən Brayan Consun ölümünü düşünərkən  ithaf “ını dərc etdirmişdir.
Brian Jones (1942-1969)

Brian Jones (1942-1969)

Experiment OK

Azərbaycanın ilk professional rok qrupu kimi “Experiment OK” (1968).

Qrupun üzvləri: vokalçı Azər Mehdiyev, zərb aləti və vokal Azər Kərimov, bass gitara Qarik İşxanov, solo gitara Marik Vaynbrand.

SSRİ-də rok musiqisinin inkişafı 60-cı illərin ortasından başlasa da, ölkəmizdə bunun təsirləri 70-ci illərin əvvəllərinə təsadüf edir. Professionallıq axtarışında olanlar üçün “Experiment OK” əsl tapıntı olmuşdu. Qrupun yaradıcısı bəstəkar Oktay Kazımov idi, hansıki Azərbaycanda ilk rok opera müəllifi kimi də tarixə keçib. Elə musiqi birliyinin adı da təsadüf deyil: Experiment OK, yəni Oktay Kazımovun eksperimenti.

“Experiment OK” öz eksperimentləri ilə bir az da folk roka yaxın, daha çox sintez xəttini izləyib.

Müasir dövrdə daha çox “Yuxu”, “Karvan”, “ColDünya”, “Ozan” kimi qrupları xatırlasaq da, rokun ölkəmizdəki ilk təmsilçilərini unutmaq olmaz…

***

Qrupla bağlı hazırlanmış qısa süjet…

***

Qrupun bəzi ifaları…

Ədəbi portret: Rainer Maria Rilke

“…Ümumiyyətlə, mənim həyatda olduğumdan xəbərsizliyin ən dəhşətli hadisə idi. Bu gün artıq anlayıram ki, – ah, bunu başa düşməyi sən öyrətdin! – hər hansı bir qızın və ya qadının simasını kişilər çox tez unudurlar, çünki çox vaxt bu sima gah ehtirasları, gah uşaq macəralarını, gah da ruhi sarsıntıları əks etdirən güzgüdən savayı bir şey deyildir və qadınların sifətlərini çox asanlıqla yaddan çıxara bilərlər, çünki illər öz işıq və kölgələri ilə orada izlər buraxır, geyim onları müxtəlif biçimə salır. Öz talelərinin hökmünə tabe olanlar, doğrudan da, ən müdrik insanlardır! Mən, o zamankı qız, sənin unutqanlığını hələ də anlaya bilmirdim, çünki nəhayətsiz, arası kəsilməyən fikirlərim səninlə məşğul ikən səfehcəsinə düşünürdüm ki, yəqin, sən də tez-tez məni yad edir və yolumu gözləyirsən; sənin üçün heç nə, heç kim olmadığıma, məni bircə dəfə də olsa xatırlamadığına əmin olsaydım, necə yaşaya bilərdim! Cismində heç bir üzvün məni tanımadığını, həyatında heç bir xatirə telinin mənim həyatımla bağlı olmadığını ifadə edən baxışınla məndə oyanmış hiss həqiqətlə etdiyim ilk təmas, taleyimə saldığım ilk nəzər idi…” Ştefan Svayq, “Yad qadının məktubu”

***

“Xatirələrə sonuna qədər sadiqəm, insanlara heç vaxt elə olmayacağam.”

Rilke 3 yaşında

Rilke 3 yaşında

Alman və Dünya ədəbiyyatında nəzmin əsas simalarından biri olan Rainer Maria Rilke (1875-1926) orta Avropanın kozmopolit hissəsi olan Avstriya-Macarıstan imperatorluğunda doğulub (Praqa) boya-başa çatmışdır. Bir çox yaradıcı şəxsdə olduğu kimi, onun həyatına da valideynlərinin, xüsusilə anasının təsiri danılmazdır. Hirsli bir qadın olan anası 1 həftəlik ömrü olmuş qızının itkisini Rilke’ni 6 yaşına qədər qız paltarlarında böyütməklə ovundurmağa çalışmışdır. 9 yaşında valideynləri boşanır, şair anası ilə birlikdə Vyanaya getməyə məcbur qalır. 1886-da hərbi məktəbə, 5 il sonra Lints Ticarət Akademiyasına qeydiyyata alınır. Özəl dərslərlə yanaşı fəlsəfə, ədəbiyyat, sənət tarixi ilə əlaqədar biliklərə yiyələnir. İlk şeiri 16 yaşında Vyana qəzetində yayımlanır. İlk kitabını isə 19 yaşında “Axşam” adlı şeirilə iştirak etdiyi yarışmadan qazandığı 20 marklıq mükafatı sayəsində çıxarda bilir. Ancaq hələ tez idi, bunu özü də başa düşürdü: “Ah gənc ikən yazılan misraların qiyməti nədir ki! Gözləməli idi. Bütün bir ömür boyu, mümkünsə uzun bir ömür boyu, məna və ləzzət toplamalı idi və sonra tamamilə, sonunda, bəlkə yaxşı on misra yazıla bilərdi. Çünki misralar, insanların sandıqları kimi, hisslər deyil (hiss çox erkən başlar) təcrübələr idi…”

“Budur mənim bütün səyim, bu:
həsr edilmək həsrət çəkərək
gəzməyə günlər boyu.
Güclənib genişlənmək deyərkən,
minlərlə kök salaraq
qavramaq həyatı dərindən.
Və ortasından keçərək ağrının
yetkinləşmək həyatın ta kənarında
ta kənarında zamanın!…” 

Ştefan Svayq 1936-cı ildə, yəni Rilke’nin ölümündən doqquz il sonra, Londonda, Rilke ilə bağlı verdiyi konfransda bunları söyləmişdir: “Zamanımızda saf şairə artıq nadir rast gəlinir, amma bəlkə ondan da daha nadir tapılanı isə bütün bir həyatın tam poetik bir mövcudluğa çevrilməsi, bütün bir həyatın mütləq mənada belə bir orbitə yerləşdirilməsidir. Və yaradıcılıqla həyat arasında belə bir uyğunlaşmanın bir insanın şəxsiyyətində reallaşdığını görə bilmə xoşbəxtliyinə çatan üçün əsas vəzifə, bu mənəvi möcüzəyə bağlı olaraq onu həm öz dövrünə, həm də bəlkə bir sonrakı nəslə daşımaq, tanıtmaqdır…”

Rainer Maria Rilke

Rainer Maria Rilke

“Yatmağı üçün birinə mahnı oxumaq istəyirəm,   
birinin yanına oturub hərəkətsizcə dayanmaq.
Səni yelləyərək bir mahnı zümzümə etmək istəyirəm,
tam yuxuya gedəcəyin sırada səninlə birlikdə olmaq.
Evdəki tək oyaq adamın mən olmağını,
gecənin soyuq olduğunu bilənin tək mən.
Həm içərini, həm də çölü dinləmək istəyirəm,
sənin içini, dünyanın və meşələrin.
Saatlar zənglərini ağır ağır səsləndirir,
və sən zamanın əslinə enə bilirsən.
Küçədə bir yad gedir
və yoldan keçən bir iti narahat edir.
Ardından səssizlik gəlir.
gözlərimi sənə,
əllərimi uzadarcasına təqdim etmişdim,
qaranlığın içində bir şeylər tərpəndiyində,
səni yüngülcə tutub sonra da buraxmaları üçün.”

Svayq’a görə Rilke, şeir yaradıcılığındakı dahiliyini öz azadlığı ilə bağlı güzəşt tanımazlığı sayəsində reallaşdıra bilmişdir. Eyni konfransda Svayq, şairin bu azad şəxsiyyətini belə təsvir etmişdir: “Zamanımızın müvəffəqiyyətli şairlərindən heç biri, özünü heç bir yerə bağlamayan Rilke qədər azad deyildi. Onun nə vərdişləri, nə ünvanı və əslində nə də bir vətəni vardı; İtaliyada, Fransada ya da Avstriyada eyni rahatlıqla yaşaya bilərdi və harada olduğu heç bir zaman bilinməzdi. Onunla qarşılaşmaq, demək olar ki, bir təsadüfə bağlı idi…”

“Hər kəsin həyatında elə saatlar vardır ki, insan təkliyini verib nə cür yavan və ucuz olursa olsun bir birlik istər qarşılığında; yaxşı-pis ilk rast gələcəyi adamla, ən sıravi bir adamla sırf azca bir münasibət uğruna təkliyi əldən çıxarmaq istəyər… amma bəlkə də yalnızlığın böyüdüyü saatlardır bunlar, çünki onun böyüməsi də eynilə oğlanların böyüməsi kimi bəzi acı və sancılarla reallaşar və baharın ilk günü kimi hüznlə dolub daşar. Ancaq, çaşdırmasın bu sizi. Bizlərə lazım olan yalnızlıqdır, böyük, daxili bir təklik. Öz daxilinə enmək və saatlar boyu kimsələrə rast gəlməmək…” 

Lu Salome

Lu Salome

Şair gənclik illərini keçirdiyi Münxendə tanış olur Lu Salome’ylə … Rilke, Nitsşe‘ni, Freyd‘i çaşqına çevirən və özündən yaşca olduqca böyük olan bu qadına tam mənasıyla tutulur və evlənmə təklif edir. Evlilik baş tutmaz. Ancaq ehtiraslı bir münasibətdən sonra ayrıldıqları an Salome bütün aktrisalar kimi deyər: “Sənə ancaq çox lazım olduğum zaman, ən pis saatında axtaracaqsan məni.” Ona bir neçə il sonra belə yazar Rilke: “O zaman da hiss etmişdim, bu gün də bilirəm ki, səni əhatə edən o sonsuz gerçək, o son dərəcə yaxşı mühit, yaradıcılıq dövrümün ən əhəmiyyətli hadisəsidi. Məni yüz yerimdən eyni anda qavrayan o dəyişdirici həyat, sənin varlığının böyük gerçəyindən doğulurdu. Daha əvvəl, o axtardıqlarım əsnasında, heç o qədər duymamış həyatı, o qədər inanmamışdım indiyə, gələcəyi o qədər tanımamışdım. Sən bütün şübhələrin tam əleyhdarı idin; toxunduğun, uzandığın və gördüyün hər şeyin var olduğuna şahidlik edən idin. Dünya buludlu görünüşünü itirdi; obyektlər doğuldular, yavaş yavaş və çətinliklə öyrəndim hər şeyin nə cür sadə olduğunu; və yetkinləşdim, sadə şeylər söyləməyi öyrəndim. Bütün bunlar, özümü formasızlıq içində itirmə təhlükəsiylə qarşı-qarşıya olduğum bir vaxtda səni tanımaq xoşbəxtliyinə çatdığım üçün oldu.”

Rilke, Salome’dən “ayrılması”nın ardından Ogüst Rodin‘in şagirdi, heykəltəraş Klara Vesthof‘la evlənir. Adi bir evlilik demək çətindir bu əlaqəyə: illərcə ayrı yaşayıb boşanmadıqları bir münasibət.

Sonra Parisə gələn şair, burada dövrün bir çox məşhur siması ilə tanış olur. Dostluqlar axtarır, amma nəticəsiz…əvəzolunmaz yalnızlığını hər yerə aparır çünki. Bu təklik onun üçün artıq imtina edilməz bir mövcudluq xüsusiyyəti olmuşdur, artıq onunladır və ona sığınmaqdadır… Ancaq hərdənbir və qısa bir müddət üçün boşalan, dərhal ardından daha da sıxlaşan iç gərginliyini şəhərdən şəhərə, ölkədən ölkəyə daşıyaraq sonuna qədər dözəcəkdir.

Yoxsa işığımızla yalanmı söyləməkdəyik?!
Yoxsa minlərlə ildən bu yana gecəmi tək gerçəyimiz?!

Ən məşhur əsəri hesab edilən “Duino ağıları”nı 1912-ci ildə şahzadə Mari’nin qonağı kimi Duino qalasında yazır. Ancaq bu elə də asan başa gəlmir, əsərin tamamlanması üçün şairə 10 il lazım olur. İlk illərdə yaşadığı dərin psixoloji böhran yaradıcılığına neqativ təsir edir və dostlarının həkim müayinəsi tələbinə, “şeytanlarımı qovarkən ilham pərilərimi qorxutmaq istəmirəm” deyə cavab verir. 1923-də tutulduğu xəstəlik, 3 il sonra, 51 yaşında şairi ölümə aparır…

…Deyilənə görə, bir gün, dostunun qalası olan Muzotda qalarkən, şeirlərinə vurğun gözəl bir misirli qadın gəlir şairi görməyə. Rilke sevinir, ona gül yığmaq üçün qalanın bağçasına keçir. Əlinə tikan batır gül qopararkən. Ağrı artdıqca həkimə ehtiyac duyur. Müayinədən sonra irəliləmiş vəziyyətdə qan xərçəngi olduğu aydınlaşır. İki ay sonra 29 dekabr 1926-da İsveçrədə bir qalada ölür. Məzar daşına özünün xüsusilə hazırladığı bu misralar yazılıdır:

“Gül, ey saf ziddiyyət!
Bütün göz qapaqlarının altında
Hər kəsin yuxusuzluğunun
sevinci…”

Ölərkən, “Mənə Salome’ni gətirin, məni bir tək o anlayar” deməsi, eşqin cismə bağlı olmadığının başqa bir sübutudur.

Necə?! Yanında olmasa sevə bilmirsən? “Yanımda olmasa nə mənası?”. Belə?..

***

Viva la revolution!

SOL’lara səslənirik!

The+Adicts+Adicts

The Adicts 1975-ci ildən günümüzə qədər fəaliyyətdə olan ingilis pank-rok qrupudur. İlk adları “Afterbirth & The Pinz” olsa da, sonradan isim dəyişikliyinə gedən qrup, bundan sonra istər oxu tərzləri və istərsə də mahnılarının konteksti baxımından köklü dəyişikliklər yaşadılar. Onları dövrün digər qruplarından fərqləndirən amillərdən biri də yeni geyim tərzləri olmuşdu. 1971-ci il istehsal tarixli, rejissoru Stenli Kubrik olan “A clockwork orange” filminin xarizmatik qəhrəmanı Aleks və dostlarından təsirlənmiş qrup, məhz onlar kimi geyinməyə başladılar. Filmə baxıb nəticə ilə bağlı özlərində ümumi təsvir formalaşdıranlar The Adicts’in bu qərarını daha yaxşı başa düşərlər. 80ci illərdən daha çox sol və anarxist ifaları ilə seçilən qrupu ilk dəfə dinləyənlərdə mahnılar “soft” (istər musiqi, istər sözlər baxımından) təəssürat yarada bilər. Ancaq bunun elə olmadığını vurğulamalıyıq.

Məsələn, qrupun ən uğurlu işlərindən biri olan “Viva la revolution” (1982) özündə bir məqalə olacaq qədər ‘eyham’ ehtiva edir. Amma ən çox diqqət çəkən məqam kimi sonuncu hissəni qeyd etmək istərdim. Corc Oruell’in “Heyvanıstan” əsərinin sonuna göndərmə olduğunu görməmək mümkün deyil. Tragik inqilab yerinə, tam hədəfə yönəlmiş istiqamətin lazım olduğu şübhəsizdir. ‘Tragik’ ifadəsilə totalitarizm arasında paralellik aparacaqsınızsa, o zaman “insanı şərait formalaşdırır” (əvvəl Monteskyö, sonra Marks da qeyd etmişdi) fikri ilə də razılaşmağa məcbursunuz. “İnqilab olduğu üçün nəzəriyyə doğru idi yox, nəzəriyyə düzgün olduğundan inqilab baş verdi” cümləsini xatırlayaq; müəllif fransız filosof Luis Altyusser.

OK! Hər kəsdə bir narazılıq var. Ekspressiv metod kimi “sosial şəbəkə hay-küyü” və ya “evdar narazılıq” seçimləri öndədir. Əsas olaraq anlamalıyıq ki, düşdüyümüz (ya da məhkum olduğumuz) bu şərait ‘a priori’ deyil axı. Bu cür düşünmək kifayət qədər idealist yanaşma olardı. Bəs nə etməli? İndiki halda (bu bizim vəziyyətə mütləq şəkildə aiddir) sualı bir kəlmə ilə cavablandırsaq, çox sadə: maariflənmək. Roza Lüksemburq’la davam edirəm: “Nəzəri bilik partiya daxilindəki bir ovuc “intellektual”ın imtiyazı olduğu müddətcə hədəfdən yayınma təhlükəsi həmişə olacaqdır. Yalnız, böyük işçi kütləsi elmi sosializmin kəskin və etibarlı silahlarını əlinə götürəndə bütün kiçik burjua cəhdləri və bütün fürsətcil axımlar boşa çıxacaqdır. Və beləcə hərəkat özünü sağlam bir platforma üzərində saxlaya biləcəkdir. Kütlə bunu bacaracaqdır.” Buradakı ‘kütlə’ni Fridrix Nitsşe’nin dönə-dönə vurğuladığı ‘kütlə psixologiyası’ndan mütləq fərqləndirməliyik. Altyusser’in ingilis kommunist partiyasının üzvü olan Con Lüis’ə cavabında dediyi kimi: “Tarixi formalaşdıran kütlələrdir”. Məhz həmin kütlələr ki, onları əli cibində şəhəri qarışlayan və özlərini apolitik adlandıran (halbuki bunu şüursuz bir ‘tərəfseçmə’ də adlandırmaq olar) şəxslər deyil, ‘siyasi yadlaşma’ klişesi altında gizlənməyən və öz taleyinin özündən başqa müqəddəratı olmadığını başa düşən fərdlər təşkil edir.

…və ‘şikayətlənərək məsuliyyətdən boyun qaçırma yolu’ndan Marksın köməyilə uzaqlaşırıq: “…şərait insanı formalaşdırdığı kimi, insan da şəraitə təsir edə və onu dəyişə bilər.”  

Sonda mahnının tərcüməsini təqdim edirik:

Günahkar insanlar zindana
İnsanlar yenə ayağa qalxıblar, biz yenə azadıq!
Çıxın tualetlərdən
Çıxın deşiklərdən
Çxın emalatxanalardan
Bir yerə yığışın!
Üsyanlar və döyüşçülər, öldürməyə icazə,
Dağlardan olan quldurlarla birləşin!
Pəncərələrinizi açın!
Qapılarınızı açın!
Beyninizi açın!
Azad düşüncəyə!

Yaşasın inqilab!

Qaldırın səsimizi, qaldırın bayrağımızı!
Sındırın həyatın heç vaxt olmayan simvollarını!
Yaşasın simvollar!
Yaşasın planlar!
Yaşasın ümidlər!
Yaşasın arzu!
Küçələrdəki karnavalda rəqs edin!
Qeyd edin indi qələbəni!
Şərabı varlı adamın çəlləyindən için!
Bu inqilab sonuncu olmayacaq!

Yaşasın inqilab!

SOLFRONT.ORG

The Clash: “Washington bullets”

“The Clash” 1976-cı ildə qurulmuş və 10 illik sənət karyerasına malik ingilis pank-rok qrupu; 70-ci illərin sonlarınadək orijinal pank hərəkatının ən uğurlu və ikona sayıla biləcək proyektlərindən biri. Əsasən güclü səhnə performansları ilə tanınan qrup pank, reqqi, caz, rəqs, ska və digər bir çox musiqi növləri ilə zənginləşdirdikləri mahnıları ilə 6 studiya albomu lentə almışlar. The+Clash

Qrupun musiqisi SOL ideologiya ilə uzlaşırdı və rəhbər Co Strammer özü də solçu idi. Ümumiyyətlə, “The Clash” pank rokdakı radikal siyasi üsyanın pioneri hesab olunur. Qrup yaşadıqları ölkədəki digər qrupların bir çoxu kimi monarxiya (Böyük Britaniya taxt-tacı) və aristokrat təbəqəsini tənqid edir, ancaq onlardan fərqli olaraq nihilizmə qapılmırdı. Siyasi fəaliyyətlərinin praktiki göstəriciləri kimi müasir liberal hərəkatlarla olan həmrəylik və Anti-nasist Liqasına qoşulmaları (daha bir neçə rok qrupu qatılmışdı), eləcə də, 1978-ci ildə Londonun Viktoriya Parkında, 50000-dən çox tamaşaçının izlədiyi “Rasizm əleyhinə rok” adlı konsert göstərilə bilər.

Adını çəkdiyim konsertdə qrupun rəhbəri Strammer’in geyindiyi köynək isə digər diqqətçəkən məqamlardan biri idi. Bir üzdə 1970-ci ildə qurulmuş, məqsədləri ölkədə inqilabçı dövlət qurmaq olan, İtaliya təyinatlı marksist-solçu qruplaşma: “Qırmızı briqada”. Kiçik miqyaslı oğurluq və partlayıcılarla fəaliyyətə başlayan təşkilat 1974-cü ildən etibarən dövlət aparatının səlahiyyətli şəxslərinə hücuma başladılar (“1 adamı vur, 100 adamı maarifləndir” sloqanı). 1984-cü ildəki bölünmədən sonra əvvəlki gücünü itirən qruplaşmanın ən səs-küylü işi dövrün İtaliya Baş Naziri və Xristian Demokrat Partiyasının rəhbəri Aldo Moro’nu qaçıraraq öldürmələri olmuşdu.

Köynəyin digər üzündə isə barələrində bir o qədər də şərhə ehtiyac duymadığım Baader-Maynhof birləşməsi olan marksist-leninist təşkilatın adı həkk olunmuşdu: RAF. Yeni bir Dünya üçün bütün Dünya imperializminə qarşı mübarizə aparmış qrup üzvlərinə Stamhaymdakı sui-qəsdlər onların SOL üçün necə dəyərli və korrupsioner sistem üçün necə qorxulu olduqlarını bir daha sübuta yetirmişdi. Bəzən məsələlərin hədsiz müəmmalı olması (məsələn, Rafiq Tağı cinayəti) onu kütlə üçün çətin unudulan bir hadisəyə çevirir. Yadda olduğu müddətcə hər kəs özü üçün nəticə çıxartmalı, TV “ziyalıları” maskanı atıb kütləyə doğru-düzgün informasiya çatdırmalıdır. Məsələn, Dario Fo kimi; müəllifi olduğu “Mən Ulrike. Qışqırıram!” adlı pyesindən:

“Artıq indidən cəsədimi qaçırdıb saxlamağınızı, vəkillərimə mane olmağınızı görürəm… Xeyr, Ulrike Maynhof’u görə bilməzsiniz. Bəli, özünü asdı. Xeyr, cəsədin müayinəsinə icazə yoxdur. Heç kim baxa bilməz. Yalnız hökumətdən səlahiyyətli şəxs, o da qərarını verib artıq. Maynhof özünü asıb. Amma boynunda asılma izi yoxdur… Boynunda heç bir ləkə görünmür… Əvəzində bütün bədəni çürüyüb… Kənara çəkilin! Fotoaparatla şəkil çəkmək qadağandır, əlavə sual vermək qadağandır. Cəsədimi incələmək qadağandır. QADAĞAN. Düşünmək qadağandır, təxmin etmək, danışmaq, yazmaq qadağan, hamısı qadağandır!..”

…və yadıma “68 Fransası”ndan bir sloqan düşdü: “Qadağan etmək qadağandır!”. “The Clash” qrupunun mahnılarındakı açıq siyasi mesajlar ilk sinqllardan özünü göstərmişdi. Məsələn, “Ağ üsyan” (“White riot”) mahnısının mövzusu irqçi neo-faşist birliklərin qaradərililərə qarşı olan radikal münasibətlərinin tənqidinə həsr olunmuşdu. “Karyera imkanları” (“Career opportunities”) adlı mahnı çətin şəraitdə, aşağı əmək haqqı ilə (“sakit, başımı salıb, gündəlik çörəyimi qazanıram” deyimi) yadlaşma nəzəriyyəsinin arqumentlərilə, sahibkarların isə “pul maşınları”na çevrilmiş işçilərilə bağlıdır. “London yanır” (“London is burning”) adlı sinql isə şəhər həyatının yeknəsəkliyini və sistemin günə “gündəlik” sözünü sırımasını ifşa edir.“Sandinista!” (1980) “The Clash”in 4cü studiya albomudur. Dövrün bütün musiqi trendlərini tapa biləcəyimiz bir layihə olan “Sandinista!” qrupun karyeralarındakı pik nöqtə hesab olunur. Albomdakı “Vaşinqton güllələri” (“Washington bullets”) mahnısı Co Strammer’in o vaxta qədər yazdığı ən kəskin siyasi mətnə malik idi. Adı çəkilən yerlər – Çili, Nikaraqua, Kuba, Əfqanıstan və Tibet – dövrün siyasət arenasında əsas müzakirə obyektləri kimi nəzərdən keçirilmişdi. İlk 3 “təyinat nöqtəsi”ndə Strammer’in solçu ruhu hiss olunur; son 2 yerlərlə isə Moskva və Pekin mərkəzli kommunist dövlətlərin imperialist hərəkətlərini tənqid edirdi.

***

Mahnının tərcüməsi:

“Oh! Ana, Ana bax ora!
Sənin uşaqların yenə o küçədə oynayır.
Sən bilmirsən nə baş verdi orda?
14 yaşlı gənc vuruldu orda.
Camdaun şəhərinin Kokani silahları
Öldürülən təlxəklər, qanlı pula sahib adamlar
Yenə Vaşinqton güllələri atılır?Çilinin hər hücrəsində
Əzab çəkənlərin harayları deyiləcək
Alyendeni xatırla və bir gün əvvəl,
Xatırla Viktor Yaranı,
Santiaqo stadionunda
“Es verdad” – budur yenə Vaşinqton güllələri.Və 1961-də Donuzlar Körfəzində
Havana pleyboyla vuruşdu, Kuba günəşi altında,
Kastro üçün qırmızı, indi daha da qırmızı idi,
Vaşinqton güllələri Kastronu öldürmək istədi.İlk dəfə
Nikaraquada inqilab olanda,
Amerikadan müdaxilə yox idi
Amerikada insan haqları.İnsanlar liderə qarşı vuruşdular
Və onu göyə sovurdular…
Vaşinqtonun güllələri olmadan nə edərdi o görəsən?

Əgər əfqan üsyanına qarşı savaşa bilsən,
Moskvanın güllələri yan keçdi.
Soruş ondan nə düşünür kommunist səsverməylə bağlı…
…Tibetin təpələrindəki Dalay Lamadan soruş
Nə qədər keşiş ələ keçirib çinlilər?
Müharibə bataqlığındakı pullu əsgərləri dayandırın,
Və cəbbəxanadakı Britaniya güllələrini yoxlayın.
Que?

Sandinista!
***

Mahnı fonunda tarixə nəzər:

1970-73-cü illərdə Çilinin sosialist prezidenti vəzifəsini icra edən Salvador Alyende seçkilər vasitəsi ilə hakimiyyətə gəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, ölkədə orta təbəqənin maraqlarına cavab vermək idi.
Qısa zaman ərzində sosial baxımdan az təmin olunmuş insanlar üçün bəzi qanunların qəbul olunmasına nail olan Alyende, göstərdiyi bu cür fəaliyyətə görə şərti olaraq “Kasıbların Kral”ı adını alır.

Salvador Alyende hakimiyyətinin ilk aylarında Çilidə sosialist cəmiyyətin qurulmasının vacibliyini qeyd edirdi. Varlı insanların mülkləri müsadirə edilir, insanlar üzərində ciddi nəzarət yaradılırdı. Alyendenin əmri ilə 15 yaşından kiçik uşaqlara və yeni doğulmuş körpələrin analarına gündəlik yarım litr süd verilirdi. Ölkədə ən az maaş alan şəxslərin əmək haqları iki dəfə artırıldı. Ölkədə fəaliyyət göstərən xarici şirkətlərə qarşı sanksiyaların təyin olunması və yerli şirkətlərin dövlətin nəzarətinə keçməsi (əsasən ABŞ-ın tabeçiliyindəki mis mədənləri) prosesi sürətlənirdi.

Bu cür siyasətin genişlənməsindən narahatlıq duyan ABŞ-ın ölkəyə müdaxilə planları, Çilidə Kuba səfirliyinin açılması ilə (1970) özünü daha da göstərməyə başlayır. 1972-ci ildə ABŞ-ın təzyiqi ilə mühafizəkar müxalifət rəsmi qərarların qəbulu zamanı prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təkliflə çıxış edir ki, bu da Alyende hakimiyyətini kapitalist sistemin “korrupsiyalaşmış qolları”na atır. Parlament qərarların qəbulundakı “veto” hüququ ilə dövlətləşdirmə işlərinə mane olmağa başlayır.

Ölkədaxili vəziyyətin günü-gündən pisləşməsi, bir vaxtlar Alyendə tərəfindən ordunun baş komandiri təyin edilmiş general Auqusto Pinoçet’in hökuməti devirməsi ilə nəticələndi. Bu əksinqilaba kömək edən əsas qüvvə isə şübhəsiz, ABŞ-ın Mərkəzi Kəşfiyyat Bürosu (CIA) idi.

Diktatura rejiminə qədəm qoymuş Çilidəki yeni rejim ölkənin məşhur gitarist-ifaçısı Viktor Xara‘nın Alyende və sol partiyaları dəstəkləyən çıxışları ilə uyğunluq təşkil etmirdi. Nəticədə işgəncələrə məruz qalan Viktor’un bir daha gitara çalmasın deyə əlləri sındırılır. Ancaq bir söz dil(in)dən düşmürdü: “Venceremos!” (“Qalib gələcəyik!”)

***

1961-ci ildə ABŞ-ın dəstəyilə əksinqilabçı kubalıların Fidel Kastro rejimini devirmək üçün həyata keçirdikləri uğursuz cəhd olan “Donuzlar körfəzi əməliyyatı”nın başlıca səbəbi Kuba liderinin süründürməçi kapitalist sistemdən uzaqlaşaraq “xalq hakimiyyətin mənbəyidir” maddəsini (!) mütləq şəkildə yerinə yetirməsi idi. Təşkil edilmiş müdaxilənin nəticəsi yankilər üçün heç də ürəkaçan olmadı. Bu rüsvayçı (həm siyasi, həm də hərbi) əməliyyat mövcud Kennedi hökumətini gözdən saldı. Həmin dövrün Kuba İqtisadiyyat Naziri olan Çe Gevara isə ‘Ağ Ev’ə ünvanladığı məktubda vəziyyəti aydın şəkildə təsvir edirdi: “Donuzlar körfəzi əməliyyatı üçün təşəkkürlər. Əməliyyatdan qabaq inqilab zəif idi. İndi əvvəlkin daha da güclüdür.”

***

1967-1972 və 1974-1979-cu illərdə Somoza ailəsindən sonuncu şəxs kimi Nikaraqua prezidenti olmuş Anastazio Debayl ölkədəki avtoritar-diktatura rejiminin baş memarı idi. Məqsəd kimi ailə sərvətini böyütməyi seçən Anastazio qəbul edilən yeni konstitusiyaya uyğun olaraq hakimiyyətini 1981-ci ilə kimi uzatmışdı. 1972ci ildəki paytaxt Manaqua zəlzələsinə göndərilən yardımların Somoza ailəsi tərəfindən mənimsənilməsi ilə bağlı iddiaların yayılması yuxarıdakılara qarşı başlanılan etirazların özünü hərbdə tapmasına səbəb oldu. Əsas hərəkətverici qüvvə isə Sandinista (albomun adı) Milli Qurtuluş Cəbhəsi (SMQC) idi. Baş verənlər nəticəsində dünya siyasət arenasındakı nüfuzunu itirmək istəməyən ABŞ Anastazio Debayl’a olan dəstəyini geri çəkir. SMQC-nin silahlı mübarizəsi nəticəsində ölkədəki diktatura rejimi devrilir. Nikaraquadan qaçan Somoza isə sıxındığı Paraqvayda Argentina təyinatlı solçu qruplar tərəfindən öldürülür.

***

1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibə insanları, kommunizmlə qanı bərabərləşdirməyə sövq etmişdi. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçərək, ölkədəki daxili sabitliyi bərpa etmək adı altında işğala başlamışdı. 10 il davam edən müharibə nəticəsində qalib gələn tərəf əfqan mücahidləri oldu.

10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. SSRİ Əfqanıstana daxil olanda Qərb dünyası narahatlıq içində idi. Kommunistlərin burada qələbə çalacağı təqdirdə Qərb bu regiona nəzarəti itirə bilərdi.

1955-ci ildə Çin Tibetə daxil olaraq bu əraziləri ölkənin tarixi torpaqları kimi qələmə verdi. Bu müdaxilə zamanı çoxlu sayda tibetli rahib qətlə yetirilmişdi.

Böyük Britaniya bu günə qədər qlobal silah satışında ən qabaqcıl yerlərdən birini tutur. Bunların çoxu muzdlu əsgərləri qiyama sürükləyən müharibə liderləri üçün nəzərdə tutulur. Maraqlı fakt isə BMT-nin daimi beşliyini təşkil edən ölkələr, elə silah satışı siyahısında da ilk 5-likdə qərarlaşıb; təsadüflərə inanmıram.

SOLFRONT.ORG

Heminquey intihar edir…

Proloq: ”Həyat! Sənə istəyərək yaşamağa gəlmədiyim kimi, istəyərək də getməyəcəyəm! Başqa deyəcəyin var?” Sabiha Rana

İnsan yox edilə bilər, amma məğlub olmaz.” Heminquey

Ölümün ruhunu arzulamaq! Hər hansı bir formada bədənin və əqlin işığını söndürərək ölüm qapısının kandarından keçmək! İntihar!

Sanki bu dünyada yaşayan insan övladına, özünə uyğun cismən və ruhən bir yuva axtarıb  tapmadıqda, seçə biləcəyi bir yol kimi  görünsə də əvvəlində, fikirləşmək lazımdı əslində onu fikirləşərkən! Bir az səbrlə (“Həyatdan, dünyadan, duyğulardan, hisslərdən, bədəndən, insanlardan və insan olmaqdan qaçmağa ehtiyac varmı?” sualına cavab) fikirləşmək…

Amerikalı yazıçı və jurnalist Ernest Heminquey həyatı sona yaxınlaşdıqca, hər şeyin mənasız olduğuna dair fikirlərə tez-tez dalır, bir çox yazıçı kimi o da intiharı seçir. Yenə də əsl səbəb nə idi görəsən deyə fikirləşmək… Tək bir silah səsində həyatına nöqtə qoyur. Quşlar Heminquey’in öldüyünü xəbər verir hər kəsə… O, uğurlu bir yazıçı və jurnalist, eyni zamanda Nobel və Pulitzer mükafatı sahibi idi. Kaş ki, deyərək gözlər donur… İntihar etməyi fikirləşənlər əvvəlcə bunu götür-qoy etsəydilər deyərək keçmişdəki hadisədən əvvəlki günə qayıtmaq istəyir həmin gün yanında olmayanlar.

Heminquey də, atası kimi, 62 yaşında ov tüfəngi ilə özünə atəş açaraq həyatla vidalaşır. Bu  intihar geni, atasının, 2 bacısının, qardaşının öz həyatları ilə erkən vidalaşmağına səbəb olmuşdu… Anası Grace isə bir dərmanını artıq dozada qəbul etdiyi üçün öləcək, Hem’in oğlu və daha ardınca nəvəsi də intihar etməyə cəhd edəcəkdi, uğursuzluqla nəticələnsə də…

İntihardan söz düşəndə Götenin Verter adlı tələbəsi yada düşür, onu tanıyan (kitabı oxuyan) çoxları özünü ona oxşadacaqdı, sarı pencək, onun tərzinde şalvar, və silsilə intiharlar.. Sanki iztirablardan qurtuluşu görürlər Wertherin həyatla sağollaşmasında. Qurtuluş əzablardan. At bir heyvandır, ona çox əzab verəndə ön ayaq topuqlarını çeynəməyə başlayır, intihar edir (“venalarını kəsir”). Heminquey Parisdə, Kubada, Amerikada bir göl kənarında maraqlı bir həyat yaşayıb təəssüratı yaradır. Amma təəssüratlardan o tərəfdə görünməzlər var. Bir məktubunda ovçuluqdan söhbət edərkən, “…bir heyvanı yaraladıqdan sonra, işi sona çatdırmalıyıq…” deyirdi; 60 yaşına çatanda artıq çəkidən əziyyət çəkirdi və alkolik həyat tərzindən dolayı qaraciyəri sözünə baxmırdı artıq. Son romanı “Cənnət Bağçası”nı sona çatdıra bilməyəcəyini başa düşən, digər tərəfdən isə yazmadan yaşamaq istəmirdi. Yazıçı yaralanmış ruhunu rahatlatmaq üçün tətiyini qapı cəftəsinə bağladığı ov tüfəngi ilə intihar edir, həyata qapısını bağlayır…

1954-cü ildə Nobel ədəbiyyat mükafatı tədbirinə mükafatçı olsa da, iştirakçı ola bilmir xəstəliyi səbəbi ilə. İsveçdəki səfir yazıçı tərəfindən göndərilən mətni oxuyur.

Xoşbəxtlikdən yazmazdı, “sətiraltında həmişə əzab çəkən”, görünüşdə mübarizə aparan qəhrəmanları vardı həssas xərçəng bürcündən olan manik-depressiv yazıçının. Yazıçılar nə qədər də ütopik, kreativ olsa da, gördükləri, yaşadıqları yazdıqlarında gizli olur (reprika: “əsərlərindəki qadınlar real həyatda qarşılaşdıqlarının prototipləri idi, yazıçı bunu qəbul etməsə də”). Bu yerdə qeyd etmək lazımdır ki, Hem beş müharibə, dörd avtomobil qəzası, iki təyyarə qəzası yaşamışdı. Düzdür, heç vaxt ordu sıralarında olmasa da, həmişə müharibələrdə olmuşdu, müharibəni yaşamışdı, görmüşdü, yaralanmışdı, yazmışdı.

Həmişə risk edərək riskin olmadığını sübut etmək istəyən yazıçı nəticədə fiziki olaraq zəifleyir, ideyaları zəif düşür, depressiyanın qucağında tapır özünü. Ölüm qorxusuna müdafiədə yaxınlaşacaq potensial məğlubiyyəti paranoid ruhda hiss etməyə başlayır. Hətta “ölümdən o qədər qorxuram ki, intihar etməyi fikirləşirəm” dediyi də olur. Intihar bir nicat saxlayır özündə həmçinin qorxuya müdafiəsi olan. Digər tərəfdən intihar edən düşüncə intihara ölüm olaraq baxmır, digər tərəfdən də digərlərinin səbəbkar olduğunu isbat etdiyini fikirləşir.

P.S. Uşaq ikən Ernest çubuqla oynayarkən təsadüfən çubuq ənsəsindən girər və atası ilkin tibbi yardım göstərdikdən sonra fit çalmasını istəyir:

“Fit çalmaq. Nə vaxt əzab çəkilməz olsa, fit çal, Ernest.”

İllər sonra, müharibə vaxtı aldığı yaralardan da söz etdiyi məktubların birində dostunun çəkdiyi şəklini də zərfə qoyur. Şəklə diqqətlə baxdıqda, onun fit çaldığını görürük.

Arxaya yaslanın iki kiçik hekayə:

———————————————————

“Seven” kinosu Heminqueyi sətiraltı yada salır:

Uilyam Somerset (William Somerset):

Ernest Heminquey bir əsərində (“Əcəl Zəngi”) yazırdı, “Dünya gözəl yerdir, uğrunda mübarizə aparmağa dəyər”. İkinci hissəsi ilə razıyam.

———————————————————-

Bir gün barda 6 sözdən ibarət qısa bir hekayə yazacağına dair dostları ilə 10 dollardan mərcə girir və udur.

“for sale. baby shoes. never worn.”

***İntihar: ‘qurban kəsmək’ mənasındakı ‘narh’ sözündən gəlir. Latınca ‘sui homicido’ və ya ‘sui ipisus homicidum’ kökündən gələn və bu gün Avropa dillərində işlədilən suicide sözü ilk dəfə Şekspir’in əsərlərində rast gəlinir. Onun əsərlərində 50-dən çox  intihar edən qəhrəman var.

Epiloq: “Xoşbəxtlik ağıllı insanlarda nadir gördüyüm bir şeydir” E. M. Heminquey

Ray və avanqard fotoqrafiya

“Bir rəssam olaraq başladım. Tablolarımda ağ və qara rənglərin reproduksiyasını kəşf etmişdim. Gün gəldi mən rəssamlığı bir kənara qoydum, ancaq reproduksiya yenə də qalırdı. Ondan sonra rəssamlığın köhnə bir ifadəetmə tərzi olduğuna inandım və cəmiyyət vizual olaraq maarifləndikdən sonra şübhəsiz fotoqrafiya onu (rəssamlığı) taxtdan salacaq. Fotoqrafiya mənə mənanı daha sadə və sürətlə çatdırır.” Man Ray

Man_Ray_1934

Man Ray amerikalı fotoqrafdır, ancaq təkcə o deyil. O, XX əsr incəsənətində bir pillədir, insanlığın önə doğru atdığı bir addımdır, dostu olmuş Marsel Duşamp kimi. Man Ray tabuları yıxan avanqard sənətkar kimi yaddaşlara həkk olunmuşdur. Həyat və karyerasının əsas mərhələsini Parisdə keçirmiş Ray, burada dadaizm və sürrealizm cərəyanlarının iştirakçısı olmuşdur. Fotoqrafiyanın bir sənət qolu kimi inkişafında Man Rayın rolu danılmazdır – fotoqram-“rayoqrafiya”solarizasiya texnikasını təklif etmişdir.

Ailəsi Rusiya yəhudilərindən idi. Yaşadığı ərazidə etnik diskriminasiyaya və anti-semitizmə məruz qalması, qardaşının ardınca onun da soyadını dəyişdirməsi ilə nəticələnir (doğum adı Emanuel Radzinski). İncəsənət məktəbində bir müddət rəssamlıq və heykəltaraşlıq təhsili alır. Bu dövrdəki əsas ilham mənbəyi Alfred Stiqletz idi (digər bir fotoqrafçı və novator, barəsində başqa bir yazıda).

images (2)

Nyu York şəhərində (1913) Marsel Duşamp’la tanış olan Ray, əsasən statik tablo çəkməyə yönəlir. Şəkillərində həmin dövrün Avropa incəsənətindəki kubizm havası hiss olunurdu. Sənət anlayışında yeni bir cığır açmış Duşamp’ın “readymade”ləri – adi obyektlərin tamaşaçı qarşısına bir az fərqli tərzdə çıxarılışı – Man Ray’a da təsir göstərmişdi. 1921-ci ildəki məşhur readymade “Hədiyyə” məhz bunlardan biridir. Mismarlı ütü artıq öz ənənəvi funksiyasını itirmişdir, bir növ dekonstruksional xarakter daşıyır. Maraqlıdır ki, işin yaradılmasında məşhur fransız impressionist bəstəkar Erik Sati köməkçi kimi iştirak etmişdi.

images

1920-ci ildə Marsel’lə birgə “New York Dada” adlı art-jurnal buraxmaq qərarına gəlirlər. Lakin Man Ray Nyu-Yorkun vəhşi və səs-küylü küçələrindən dəhşətə gələrək yazılarında qeyd edirdi ki, “Dadaizm Nyu-Yorkda yaşaya bilməz. Çünki Nyu-York özü onsuz da dadaizmdir və başqa rəqibə tolerant yanaşmayacaq.”

Paris dövrü Man Ray’ın karyerasında pik nöqtədir. Monparnessdə, dörd tərəfi məşhurlarla əhatə edilmiş şəkildə yaşayan Ray, ilk sürrealist sərgidə izləyicilərin diqqətini cəlb etməyi bacarır. 1925-ci ildə təşkil edilmiş sərgidə Ray’la yanaşı Max Ernst, Jan Miro, Pablo Pikasso kimi sənətkarlar da iştirak edirdilər. Bu dövrdə çəkilmiş bir çox avanqard qısa filmlərin, hansıki “təmiz kino” (pure cinema) adını daşıdığına eyham vurulurdu, rejissoru məhz Man Ray idi.

images (1)2-ci Dünya müharibəsi Ray’ı ABŞ-a qayıtmağa məcbur edir. 1940-51 arası Los-Anceles şəhərində qalır. 1963-cü ildəki avtobioqrafiya çapından sonra yenidən Parisə qayıdan Ray, 1976-da ağcıyər infeksiyasından vəfat edir. Həyatında 3 əsas qadın olmuşdur ki, onlardan biri tanınmış sürrealist fotoqraf Li Miller idi. Qəbrinin üzərində “qayğısızdır, ancaq biganə deyil” yazısı var. 1999-cu ildə ARTnews jurnalı Man Ray’ı “20ci əsrin ən təsirli 25 sənətkarı” arasına daxil etmişdi.

“Yaratmaq ilahi, reproduksiya insandır.” Man Ray

Daha çox avanqard üçün: http://www.manray-photo.com 

Məşhur “Fil adam”

Jozef Merrik və ya insanların onu adlandırdığı kimi məşhur “Fil adam”. Bilinəndən fərqli olaraq onun adının əslində Con olduğu sübut olunub. 1862ci il, İngiltərə – Leyçester şəhərində dünyaya gələn Con, tibbdə nadir hallarda rastlanan xəstələklərdən birinin daşıyıcısı idi. Dərisinin deformasiyaya uğraması onun üz və bədən nahiyəsində kəskin şəkildə nəzərə çarpırdı. Sonralar həkimlərin apardığı araşdırmalar xəstəliyin həqiqətən də sümükdən qaynaqlanmadığını qeyd etmişdilər.

Özünün görünüşünə görə 12 yaşında məktəbdən çıxan Con, 1 il əvvəl 11 yaşında anasını itirir. İş axtarmağa çalışsa da uğur qazanmır. 17 yaşından Leyçesterdəki emalatxanalardan birində yaşamağa başlayır. 1884cü ildə həmin dövrün əyləncə adamlarından olan Sam Torr onunla müqavilə bağlayır. Şərqi Midlanda aparılan Con, burada pul qarşılığında insanlara sərgilənir.

Daha sonra Londona gələn Con, burada digər bir şoumen Tom Norman tərəfindən əvvəlki şəkildə istismara məruz qalır. Sərgilərin birində London xəstəxanasının həkimi Frederik Trevis Conu görür və onun bir neçə fotosunu çəkir. Normanın iş yeri polislər tərəfindən bağlanır. Merrik isə Avropa turuna yollanır.

360px-Joseph_Merrick_carte_de_visite_photo,_c._1889

Belçikada oğurlanan Merrik, bir müddət burada insanlara sərgi obyekti kimi təqdim edilir. Məsələyə müdaxilə edən polislər Merrikin üstündən həkim Frederikin kartını tapırlar. Londona qayıtmağı bacaran Con, London xəstəxanasında Trevis tərəfindən müalicə olunmağı qəbul edir. Ömrünün qalan hissəsini burada keçirən Merrik, bir çox məşhurun da maraq obyektinə düşür. Bunlardan biri də Uels şahzadəsi Aleksandra idi.

1890cı ildə, 27 yaşında ölən Con Merrikin, ölüm səbəbi kimi aspixiya (nəfəs çatışmazlığı) göstərilir. Həkim Trevis onun adi insanlar kimi uzanaraq yatmağa cəhd göstərməsi nəticəsində oksigen çatışmazlığından öldüyünü deyirdi.

Ölümündən sonra da Conun hansı xəstəlikdən əziyyət çəkməsi barədə müxtəlif fikirlər dolaşırdı. Əvvəlcə onun neyrofibromatozdan (dəri və sinirlərdə yaranmış pozğunluq) əziyyət çəkdiyi deyilirdi. 1986cı ildə yeni bir teoriya irəli sürüldü. Amerikalı Maykl Kohen 1979cu ildə xəstəliyi “Promotey sindromu” adlandırır. Sindrom insanda anadangəlmə dəri pozğunluğu və qeyri-ənənəvi sümük inkişafı ilə bağlı idi.

Con Merikin sümükləri öldükdən sonra London Kral Tibb Muzeyində saxlanılır. 1988ci ildə pop ulduz Maykl Cekson 1 milyon dollar qarşılığında sümüklərin ona verilməsi ilə bağlı muzeyə müraciət etsə də rədd cavabı alır. Ardınca Merrikin ailəsi muzeyə təzyiq göstərməy başlayır, lakin onlar da müvəffəqiyyət qazanmırlar.

Merrikin qısa və əzablı həyatı bir çox sənət sahələrində də öz əksini tapmışdır. 1979cu ildə amerikan dramaturq Bernard Pomerans, “Fil adam” adlı tamaşanı səhnələşdirir. Kinosevərlər isə Con Merriklə bağlı Devid Linçin “Fil adam” adlı kinosundan məlumat ala bilərlər. 1980ci ildə çəkilən film Akademiya tərəfindən 8 oskar namizədliyi qazanmışdı. Baş rolda Con Hörts və Entoni Hopkins iştirak edirlər.

Əzəli-əbədi: “Nitsşe və Vaqner”

Yoaxim Köhler alman yazar və jurnalistdir. Onun 1989-cu ildə nəşr etdirdiyi “Zərdüştün sirri: Fridrix Nitsşe’nin şəxsi həyatı” (”Zarathustra’s Secret: The Interior Life of Friedrich Nietzsche”) kitabı məşhur filosofun bilmədiyimiz xarakterlərinin üzə çıxmasında mühüm bir mənbədir. Kitabda əsas maraq obyektlərindən biri də Nitsşe’nin klassik- modern musiqinin banilərindən olan Rixard Vaqner’lə olan münasibətləridir.

wagner

Nitsşe və Vaqner 1868-ci ildə tanış olmuşdular. Filosofun bəstəkara qarşı olan böyük heyranlığına dair məlumat olduqca azdır. İlk görüşlərində Nitsşe’nin 25 yaşı var imiş. Kozima Vaqner’in (Vaqner’in ev sahibəsi və 2-ci arvadı) isə 32 yaşı. Kozima həm də tanınmış pianist Frans Lizst’in qızı idi. Sonralar bəstəkarın “Tristan və İzolda” əsəri filosofu özünün də musiqiyə olan marağını artırır və opera yazmağa həvəsləndirir. Ancaq sonralar ikili arasında anlaşmazlıqlar yaşanır. Bəstəkarın ölümündən sonra arvadı ilə Nitsşe arasında olan məktublaşmalar da ailəvi dostluğun pozulmasının göstəricisidir.

Nitsşe ilə bağlı olan digər bir məlumat filsofun 44 yaşında sifilis xəstəliyinə tutulması və dəlilik simptomlarının üzə çıxmasıdır. Yaxın dostu Frans Overbek onu əvvəlcə İsveçrədə, sonra Almaniya-Veymardakı villada nəzarətdə saxlayır. Ancaq həmin villada Nitsşe’nin bacısı Elizabet Forster anti-semit olan qonaqlar qəbul etmiş, onlara acılar içində ölən filosofun ölümünü izlətdirmişdi.

Nitsşenin uzun illərdir yəhudi düşməni kimi qəbul edilməsində bacısının rolu böyükdür. Ölümündən sonra filosofun yazılarında dəyişiklər etmiş Elizabet, özü də bilmədən sonrakı illərdə yaranacaq faşizm dalğasına töhfə vermişdir.

Ümumiyyətlə yaradıcılığında yunan tragediyalarından da ilham alan Nitsşe, öz dəliliyini mifə bənzədirdi. Nitsşe’nin yazdığı son məktublarından bəziləri təxminən həmin tarixlərdə ərini itirmiş Kozima Vaqner’ə yazılmışdı. Bu yazılarda o, özünü Dionis kimi tanıdır, Kozima’ya isə Ariadne kimi müraciət edirdi. Köhler kitabında əqli sağlamlığı getdikcə zəifləyən Nitsşe’nin özünü başqa-başqa əsər qəhrəmanları ilə bir tutduğunu yazır: “Dionis kimi çoxşəxsiyyətli birinə çevrilmişdi Nitsşe. Özünü gah Şekspir, gah da Sezar kimi görürdü. Bəzən İtaliya kralı olurdu, bəzən də Vaqner’in özü. Və bütün bu insanlar, özünə örnək aldığı Dionisin fərqli şəxslərdə təzahür etməsi kimi başa düşülməlidir.”

1872də Vaqner bəstələdiyi “Tragediyanın doğuluşu” əsəri üzə çıxır. Nitşe bəstəkara yunan mifologiyasına müraciət etməli olduğunu demiş və bəstəkara yeni bir sənətin yaradılmasında öz dəstəyini əsirgəməmişdi. Lakin əsər siyasi cəhətdən anti-semit idi. Köhler, bu məqamda Nitşenin Vaqner qədər günahkar olmasını yazır. İki dahi şəxs, cəmiyyətdən ümidini üzmüş, onu özlərindən aşağı hesab edirdilər. Və hər ikisi də yeni sosiumun yaradılması üçün qan axıdılmasının qaçılmaz olduğuna inanırdı. Onlara görə cəmiyyətdəki deqradasiyanın əsas səbəblərindən biri yəhudilər və onların pul qazanmaq hərisliyi idi.

1876-cı ildə Nitsşe “Vaqner Beyrutda” yazılar toplusunu çap etdirir. Əsərdə bir tərəfdən bəstəkarı tərifləyən filosof, digər tərəfdən də onu hər kəsi özünə tabe etməyi bacaran Minotora (yunan mifo.) bənzədirdi. Kitab yayımlandığı vaxt oxucular kitabdakıları o qədər ciddiyə almadılar. Ancaq Vaqner və Kozima ayrı cür fikirləşirdi. Onlara görə Nitsşe’nin xəstə düşüncələri, masturbasiyaya meylli olması, yəhudi dostu Pol Ri (Paul Ree) ilə münasibətləri filosofu özlərindən uzaqlaşdırmağa yetərli idi.

Bundan sonra tərəflər arasında söz duellosu başlamışdı. Nitsşe, əsərlərində dini simptomların hiss olunduğu Vaqner’i lağa qoyurdu. Kozima isə hər tərəfdə yalan şəkildə Nitsşenin öldüyünü yayırdı. Ancaq bu “müharibə”də zəif tərəf həm ruhi, həm də fiziki tərəfdən filosof idi. O, hətta bir gün bəstəkarın arvadının onun tərəfini saxlayacağını düşünəcək qədər yazıqlaşmışdı.

Vaqner’in ölümündən sonra Kozima, ərinin şöhrətində özünü varis qismində hiss edirdi. Bundan sonra onun Nitsşe ilə bağları qopmağa başladı və filosofa qarşı qəddar mövqe tutdu.

Köhler kitabının sonunda  yazır: “Nitsşe Almaniyada olduğu xəstəxanaların birində belə deyirdi: “Məni bura gətirən arvadım Kozima Vaqnerdir.”  

Qeyd. İstinad edilmişdir: http://www.nytimes.com/books/99/01/24/reviews/990124.24ryanlt.html