Imago lucis opera expressa

…yəni işığın təsirilə peyda olan (“çölə çıxan”)…

***

Картинки по запросу daniel boudinet polaroid

“Polaroid” (1979), Daniel Boudinet

***

Похожее изображение

“Terminal” (New York, 1893), Alfred Stiqlits

***

Картинки по запросу koen wessing nicaragua 1979

Nikaraqua (1979), Koen Vessinq

***

Похожее изображение

“Bahar bayramı” (Moskva, 1959), Uilyam Klayn

***

Картинки по запросу richard avedon william casby

“Uilyam Kezbi, kölə doğuldu” (1963), Riçard Avedon

***

Похожее изображение

“Notarius” (1924), Avqust Sander

***

Картинки по запросу charles clifford alhambra

Əlhambra (Qranada, 1854-56), Çarlz Klifford

***

Ailə portreti (1926), Ceyms Van Der Zi

Ailə portreti (1926), Ceyms Van Der Zi

***

Wandering Violinist, Abony, André Kertész; Publisher: Hyperion Press | Mia

“Skripkaçının melodiyası” (1921), Andre Kertes

***

Картинки по запросу nadar savorgnan de brazza 1882

Savornyan de Brazza (1882), Nadar

***

Картинки по запросу g w wilson queen victoria

Kraliça Viktoriya (1863), G.V. Uilson

***

Philip Glass and Robert Wilson', Robert Mapplethorpe, 1976 | Tate

Filip Qlass və Bob Uilson (1976), Robert Meppltorp

***

Картинки по запросу niepce dinner table

Yemək masası (İlk foto, 1823), Niyepsi

There is much to be desired

İtaliyalı barokko dövrü rəssamı Quido Reni‘nin (1575-1642) “Müqəddəs Sebastiyan” tablosu

‘…ölümlə mübarizə aparan qurbanın dodaqlarını öpmək…’sebastian

***

Yapon yazar Yukio Mişima müqəddəsi canlandırır. Fotoqraf Eyiko Hosoye, 1968.

OVH-Japon-Yukio-Mishima-Portrait02

***

“Neden her şey böyle yanlış bir düzen içindeydi? Çocukluğumdan beri kendime defalarca sorduğum sorular hep yenilenerek aklıma takılıyordu. Neden her şeyi bozmaya, her şeyi değiştirmeye, her şeyi geçiciliğe havale etmeye vazifelendirilmişiz böyle? Bu zevksiz görev, bütün dünyanın ”hayat” diye tanımladığı şey miydi? Yoksa bir tek bana mı zevksiz bir görev gibi geliyordu?” 

***

Klipdə olan ‘faust’vari pozulmalar reallığa ən çox yaxınlaşdığın anlardır

“Never let me go” filmi fonunda ‘Sən və Mən’

“Həyatda ən dəyərli şey, insanın xatirələridir.” Andre Kertesz (macar fotoqraf)

"Elizabet və mən" (Paris, 1931)

“Elizabet və mən” (Paris, 1931)

***

Diqqət! Səs. İşıq. Səssizlik. Foto…Sən. Mən. Əlim. Gözün. Baxış. Dodağın. Gülümsə. Siman. Ciddi. Fikirlərin. Qarışıq. Fikirlər. İlk. Aprel. Kafe. Kitab. Kamyu. Sual. Dialoq. Park. Hələlik. Sabah. Sabahlar. Günlər. Aylar. İllər…Dayan! Diqqət! Səs. İşıq. Səssizlik. Foto. Sən. Sən. Mən. Yoxam…Diqqət!..

***

“Madam ki, insan, öldükdən sonra xoşbəxt olacaq, deməli o heç vaxt xoşbəxt olmayacaqdır.” Montaigne

“Never let me go”, yapon yazar Kazuo İşiquro’nun eyni adlı romanı (2005) əsasında ekranlaşdırılmış 2010ci il, İngiltərə istehsalı distopik elmi-fantastik dram janrına aid kinodur. Baş rollarda “An education” filmindən tanış olan Keri Muliqan, “The social network” filmindən Endryü Qarfild və “A dangerous method” filmi ilə gözə girən, britaniyalı sevimli aktrisa Keira Naytli oynayırlar.

Never Let Me Go by Kazuo Ishiguro (the movie) – Tabula Rasa

Əvvəla onu deyim ki, filmi bəyəndim. Çünki özündə “sevgi üçbucağı” mövzusundan daha çoxunu ehtiva edirdi. Bir məktəbdə təhsil alan 3 klon uşağın özlərilə böyüyən arzuları və bu istəklərin qarşısına çıxan maneələr ciddi bir izahata ehtiyac duymur. Simvolik xarakterdən uzaq və vahid sujet xətti üzrə yavaş-yavaş irəliləyən film, başqa cür də yozula bilərdi. Məsələn, bir yerə yığılmış uşaqları reallıqdakı təhsil katorqalarınının yetişdirmələri ilə müqayisə edə bilərdik. Amma qorxuram ki, film reallığı bu cəhətdə üstələsin: ən azından bir şeyi qeyd edim ki, kinoda orqan bağışlama funksiyasını yerinə yetirəcək uşaqlar üçün düşüncə və hisləri təcəssüm qaleraya fəaliyyəti vasitəsilə mümkün olduğu halda, realda fikir mübadiləsi üçün əziyyət çəkən ‘mass’ var; bu onların missiyalarını (“XXI əsr beyin əməliyyatı”) elə ibtidai sinif müddətində bitirmələri ilə bağlı olmasın?!

Bu yazının ‘bitmiş bir fikri’ olmayacaq, elə başlanğıcı kimi. Çünki bəzən həyatı yazıya köçürmək olmur. Ona görə də əvvəlki yazıların birində qeyd etdiyim kimi, yəhudi əsilli avstriyalı filosof Martin Buber’in özündə dini motivləri də əks etdirən ekzistensial konsepsiyasını qısa şəkildə təqdim edəcəm.

***

Martin Buber’in ‘Mən və Sən’ (‘Ich und Du’, 1923) konsepsiyası reallığın şəxsi dialoq vasitəsilə dərkinə əsaslanır. Əsas nöqtə, insan mövcudiyyətinin bizim digərlərlə, dünya ilə və Tanrı ilə olan münasibətlər çərçivəsində  müəyyənləşdirilməsidir.

Buber’ə görə insan dünya ilə 2 cür “ayaqlaşır”: ‘Mən-Sən’ və ‘Mən-O’; subyekt-subyekt və subyekt-obyekt. ‘Mən-Sən’ əlaqəsində, insanlar varlığın birliyinə malikdirlər (1+1=1) və tərəflər bir-birlərini spesifik və izole edilmiş keyfiyyətlərlə dərk etmirlər. Digər tərəfdən, ‘Mən-O’ əlaqələrində, fərdlər qarşısındakını xüsusi və izole xarakterlərlə dünyanın bir hissəsi kimi tanıyırlar: ikitərəflilik, qarşılıqlılıq və ya bölünmə və ayrılıq.

Buber deyir ki, insan subyekt-subyekt əlaqəsini subyekt-obyekt’ə və ya əksinə dəyişməyə cəhd edə bilər. Ancaq subyektin varlığı bir bütündür və obyekt kimi analiz edilməsi mümkün deyil.

‘Mən-Sən’ əlaqəsi seçmə və seçilmə’yə əsaslanır: subyektin özünü subyekt olaraq dərki məhz qarşılıqlı əlaqə ilə başlanır. Tərəflər arasında birbaşa bağlantı hər hansı bir ideyalar sistemi ilə pozulmur və hədəfin olmadığı yerdə yalnız mütləq əlaqə hökm sürür.

Sevgi, ‘Mən və Sən’ arasında, subyekt-subyekt əlaqəsidir. Subyektlər birliyi bölüşdürməyin yollarını axtarırlar: əzizləmə hissi, hörmət, öhdəlik və məsuliyyət kimi.

‘Mən-Sən’ ideal olsa da, “Mən-O”dan qaçış, xüsusilə də yaşadığımız dövrdə, mümkünsüzdür; çünki Dünya bilinən obyektlərdən – şeylərdən ibarətdir.

“Mən-Sən”də Mən Sən’lə birləşdiyi halda, “Mən-O” əlaqəsində Mən O’dan ayrılır. Çünki, ilkində mövcudiyyət hər ikisinə aid olduğu halda, ikincidə yalnız Mən’dədir.

‘Mən-Sən’ əlaqəsində hər iki tərəf reallığı bölüşür. Hər iki tərəfdən olan töhfə nə qədər çox olarsa, bütöv reallıq daha da böyüyər (1+1=3).

Buber’ə görə tanrı əbədi-əzəil “Sən”dir. Fərd, mövcudiyyəti tamamlayacaq hissəni həmişə tanrıda tapa bilər. Bu əlaqədə fərdi tanrıdan ayıracaq heç bir maneədən söhbət gedə bilməz, fərd tanrı ilə birbaşa danışa bilər.

Əbədi “Sən” hansısa təcrübə və ya fikir obyekti (!) deyil; tədqiq və ya imtahan olunacaq bir şey deyil; bilinə biləcək obyekt deyil. Ancaq, əbədi Sən’i bütün varlıqlara birlik verən mütləq Şəxs kimi qeyd edə bilərik.

Buber qeyd edir ki, ‘Mən-Sən’ əlaqəsi ya potensial ya da həqiqi ola bilər: Nə vaxt ki, ‘Mən-O’ ‘Mən-Sən’ə çevrilirsə, potensial ‘Mən-Sən’ də həqiqi ‘Mən-Sən’ə doğru addım atır. Bu cür “inkişaf” tanrıya aid edilə bilməz, çünki o mütləq və əbədidir. Fərd və tanrı arasındakı ‘Mən-Sən’ əlaqəsi bütün digər əlaqələrin başında dayanır.

***

Ray və avanqard fotoqrafiya

“Bir rəssam olaraq başladım. Tablolarımda ağ və qara rənglərin reproduksiyasını kəşf etmişdim. Gün gəldi mən rəssamlığı bir kənara qoydum, ancaq reproduksiya yenə də qalırdı. Ondan sonra rəssamlığın köhnə bir ifadəetmə tərzi olduğuna inandım və cəmiyyət vizual olaraq maarifləndikdən sonra şübhəsiz fotoqrafiya onu (rəssamlığı) taxtdan salacaq. Fotoqrafiya mənə mənanı daha sadə və sürətlə çatdırır.” Man Ray

Man_Ray_1934

Man Ray amerikalı fotoqrafdır, ancaq təkcə o deyil. O, XX əsr incəsənətində bir pillədir, insanlığın önə doğru atdığı bir addımdır, dostu olmuş Marsel Duşamp kimi. Man Ray tabuları yıxan avanqard sənətkar kimi yaddaşlara həkk olunmuşdur. Həyat və karyerasının əsas mərhələsini Parisdə keçirmiş Ray, burada dadaizm və sürrealizm cərəyanlarının iştirakçısı olmuşdur. Fotoqrafiyanın bir sənət qolu kimi inkişafında Man Rayın rolu danılmazdır – fotoqram-“rayoqrafiya”solarizasiya texnikasını təklif etmişdir.

Ailəsi Rusiya yəhudilərindən idi. Yaşadığı ərazidə etnik diskriminasiyaya və anti-semitizmə məruz qalması, qardaşının ardınca onun da soyadını dəyişdirməsi ilə nəticələnir (doğum adı Emanuel Radzinski). İncəsənət məktəbində bir müddət rəssamlıq və heykəltaraşlıq təhsili alır. Bu dövrdəki əsas ilham mənbəyi Alfred Stiqletz idi (digər bir fotoqrafçı və novator, barəsində başqa bir yazıda).

images (2)

Nyu York şəhərində (1913) Marsel Duşamp’la tanış olan Ray, əsasən statik tablo çəkməyə yönəlir. Şəkillərində həmin dövrün Avropa incəsənətindəki kubizm havası hiss olunurdu. Sənət anlayışında yeni bir cığır açmış Duşamp’ın “readymade”ləri – adi obyektlərin tamaşaçı qarşısına bir az fərqli tərzdə çıxarılışı – Man Ray’a da təsir göstərmişdi. 1921-ci ildəki məşhur readymade “Hədiyyə” məhz bunlardan biridir. Mismarlı ütü artıq öz ənənəvi funksiyasını itirmişdir, bir növ dekonstruksional xarakter daşıyır. Maraqlıdır ki, işin yaradılmasında məşhur fransız impressionist bəstəkar Erik Sati köməkçi kimi iştirak etmişdi.

images

1920-ci ildə Marsel’lə birgə “New York Dada” adlı art-jurnal buraxmaq qərarına gəlirlər. Lakin Man Ray Nyu-Yorkun vəhşi və səs-küylü küçələrindən dəhşətə gələrək yazılarında qeyd edirdi ki, “Dadaizm Nyu-Yorkda yaşaya bilməz. Çünki Nyu-York özü onsuz da dadaizmdir və başqa rəqibə tolerant yanaşmayacaq.”

Paris dövrü Man Ray’ın karyerasında pik nöqtədir. Monparnessdə, dörd tərəfi məşhurlarla əhatə edilmiş şəkildə yaşayan Ray, ilk sürrealist sərgidə izləyicilərin diqqətini cəlb etməyi bacarır. 1925-ci ildə təşkil edilmiş sərgidə Ray’la yanaşı Max Ernst, Jan Miro, Pablo Pikasso kimi sənətkarlar da iştirak edirdilər. Bu dövrdə çəkilmiş bir çox avanqard qısa filmlərin, hansıki “təmiz kino” (pure cinema) adını daşıdığına eyham vurulurdu, rejissoru məhz Man Ray idi.

images (1)2-ci Dünya müharibəsi Ray’ı ABŞ-a qayıtmağa məcbur edir. 1940-51 arası Los-Anceles şəhərində qalır. 1963-cü ildəki avtobioqrafiya çapından sonra yenidən Parisə qayıdan Ray, 1976-da ağcıyər infeksiyasından vəfat edir. Həyatında 3 əsas qadın olmuşdur ki, onlardan biri tanınmış sürrealist fotoqraf Li Miller idi. Qəbrinin üzərində “qayğısızdır, ancaq biganə deyil” yazısı var. 1999-cu ildə ARTnews jurnalı Man Ray’ı “20ci əsrin ən təsirli 25 sənətkarı” arasına daxil etmişdi.

“Yaratmaq ilahi, reproduksiya insandır.” Man Ray

Daha çox avanqard üçün: http://www.manray-photo.com