Heminquey intihar edir…

Proloq: ”Həyat! Sənə istəyərək yaşamağa gəlmədiyim kimi, istəyərək də getməyəcəyəm! Başqa deyəcəyin var?” Sabiha Rana

İnsan yox edilə bilər, amma məğlub olmaz.” Heminquey

Ölümün ruhunu arzulamaq! Hər hansı bir formada bədənin və əqlin işığını söndürərək ölüm qapısının kandarından keçmək! İntihar!

Sanki bu dünyada yaşayan insan övladına, özünə uyğun cismən və ruhən bir yuva axtarıb  tapmadıqda, seçə biləcəyi bir yol kimi  görünsə də əvvəlində, fikirləşmək lazımdı əslində onu fikirləşərkən! Bir az səbrlə (“Həyatdan, dünyadan, duyğulardan, hisslərdən, bədəndən, insanlardan və insan olmaqdan qaçmağa ehtiyac varmı?” sualına cavab) fikirləşmək…

Amerikalı yazıçı və jurnalist Ernest Heminquey həyatı sona yaxınlaşdıqca, hər şeyin mənasız olduğuna dair fikirlərə tez-tez dalır, bir çox yazıçı kimi o da intiharı seçir. Yenə də əsl səbəb nə idi görəsən deyə fikirləşmək… Tək bir silah səsində həyatına nöqtə qoyur. Quşlar Heminquey’in öldüyünü xəbər verir hər kəsə… O, uğurlu bir yazıçı və jurnalist, eyni zamanda Nobel və Pulitzer mükafatı sahibi idi. Kaş ki, deyərək gözlər donur… İntihar etməyi fikirləşənlər əvvəlcə bunu götür-qoy etsəydilər deyərək keçmişdəki hadisədən əvvəlki günə qayıtmaq istəyir həmin gün yanında olmayanlar.

Heminquey də, atası kimi, 62 yaşında ov tüfəngi ilə özünə atəş açaraq həyatla vidalaşır. Bu  intihar geni, atasının, 2 bacısının, qardaşının öz həyatları ilə erkən vidalaşmağına səbəb olmuşdu… Anası Grace isə bir dərmanını artıq dozada qəbul etdiyi üçün öləcək, Hem’in oğlu və daha ardınca nəvəsi də intihar etməyə cəhd edəcəkdi, uğursuzluqla nəticələnsə də…

İntihardan söz düşəndə Götenin Verter adlı tələbəsi yada düşür, onu tanıyan (kitabı oxuyan) çoxları özünü ona oxşadacaqdı, sarı pencək, onun tərzinde şalvar, və silsilə intiharlar.. Sanki iztirablardan qurtuluşu görürlər Wertherin həyatla sağollaşmasında. Qurtuluş əzablardan. At bir heyvandır, ona çox əzab verəndə ön ayaq topuqlarını çeynəməyə başlayır, intihar edir (“venalarını kəsir”). Heminquey Parisdə, Kubada, Amerikada bir göl kənarında maraqlı bir həyat yaşayıb təəssüratı yaradır. Amma təəssüratlardan o tərəfdə görünməzlər var. Bir məktubunda ovçuluqdan söhbət edərkən, “…bir heyvanı yaraladıqdan sonra, işi sona çatdırmalıyıq…” deyirdi; 60 yaşına çatanda artıq çəkidən əziyyət çəkirdi və alkolik həyat tərzindən dolayı qaraciyəri sözünə baxmırdı artıq. Son romanı “Cənnət Bağçası”nı sona çatdıra bilməyəcəyini başa düşən, digər tərəfdən isə yazmadan yaşamaq istəmirdi. Yazıçı yaralanmış ruhunu rahatlatmaq üçün tətiyini qapı cəftəsinə bağladığı ov tüfəngi ilə intihar edir, həyata qapısını bağlayır…

1954-cü ildə Nobel ədəbiyyat mükafatı tədbirinə mükafatçı olsa da, iştirakçı ola bilmir xəstəliyi səbəbi ilə. İsveçdəki səfir yazıçı tərəfindən göndərilən mətni oxuyur.

Xoşbəxtlikdən yazmazdı, “sətiraltında həmişə əzab çəkən”, görünüşdə mübarizə aparan qəhrəmanları vardı həssas xərçəng bürcündən olan manik-depressiv yazıçının. Yazıçılar nə qədər də ütopik, kreativ olsa da, gördükləri, yaşadıqları yazdıqlarında gizli olur (reprika: “əsərlərindəki qadınlar real həyatda qarşılaşdıqlarının prototipləri idi, yazıçı bunu qəbul etməsə də”). Bu yerdə qeyd etmək lazımdır ki, Hem beş müharibə, dörd avtomobil qəzası, iki təyyarə qəzası yaşamışdı. Düzdür, heç vaxt ordu sıralarında olmasa da, həmişə müharibələrdə olmuşdu, müharibəni yaşamışdı, görmüşdü, yaralanmışdı, yazmışdı.

Həmişə risk edərək riskin olmadığını sübut etmək istəyən yazıçı nəticədə fiziki olaraq zəifleyir, ideyaları zəif düşür, depressiyanın qucağında tapır özünü. Ölüm qorxusuna müdafiədə yaxınlaşacaq potensial məğlubiyyəti paranoid ruhda hiss etməyə başlayır. Hətta “ölümdən o qədər qorxuram ki, intihar etməyi fikirləşirəm” dediyi də olur. Intihar bir nicat saxlayır özündə həmçinin qorxuya müdafiəsi olan. Digər tərəfdən intihar edən düşüncə intihara ölüm olaraq baxmır, digər tərəfdən də digərlərinin səbəbkar olduğunu isbat etdiyini fikirləşir.

P.S. Uşaq ikən Ernest çubuqla oynayarkən təsadüfən çubuq ənsəsindən girər və atası ilkin tibbi yardım göstərdikdən sonra fit çalmasını istəyir:

“Fit çalmaq. Nə vaxt əzab çəkilməz olsa, fit çal, Ernest.”

İllər sonra, müharibə vaxtı aldığı yaralardan da söz etdiyi məktubların birində dostunun çəkdiyi şəklini də zərfə qoyur. Şəklə diqqətlə baxdıqda, onun fit çaldığını görürük.

Arxaya yaslanın iki kiçik hekayə:

———————————————————

“Seven” kinosu Heminqueyi sətiraltı yada salır:

Uilyam Somerset (William Somerset):

Ernest Heminquey bir əsərində (“Əcəl Zəngi”) yazırdı, “Dünya gözəl yerdir, uğrunda mübarizə aparmağa dəyər”. İkinci hissəsi ilə razıyam.

———————————————————-

Bir gün barda 6 sözdən ibarət qısa bir hekayə yazacağına dair dostları ilə 10 dollardan mərcə girir və udur.

“for sale. baby shoes. never worn.”

***İntihar: ‘qurban kəsmək’ mənasındakı ‘narh’ sözündən gəlir. Latınca ‘sui homicido’ və ya ‘sui ipisus homicidum’ kökündən gələn və bu gün Avropa dillərində işlədilən suicide sözü ilk dəfə Şekspir’in əsərlərində rast gəlinir. Onun əsərlərində 50-dən çox  intihar edən qəhrəman var.

Epiloq: “Xoşbəxtlik ağıllı insanlarda nadir gördüyüm bir şeydir” E. M. Heminquey

Heminquey intihar edir…” üçün 2 cavab

Bir şərh yazın