Imago lucis opera expressa

…yəni işığın təsirilə peyda olan (“çölə çıxan”)…

***

Картинки по запросу daniel boudinet polaroid

“Polaroid” (1979), Daniel Boudinet

***

Похожее изображение

“Terminal” (New York, 1893), Alfred Stiqlits

***

Картинки по запросу koen wessing nicaragua 1979

Nikaraqua (1979), Koen Vessinq

***

Похожее изображение

“Bahar bayramı” (Moskva, 1959), Uilyam Klayn

***

Картинки по запросу richard avedon william casby

“Uilyam Kezbi, kölə doğuldu” (1963), Riçard Avedon

***

Похожее изображение

“Notarius” (1924), Avqust Sander

***

Картинки по запросу charles clifford alhambra

Əlhambra (Qranada, 1854-56), Çarlz Klifford

***

Ailə portreti (1926), Ceyms Van Der Zi

Ailə portreti (1926), Ceyms Van Der Zi

***

Wandering Violinist, Abony, André Kertész; Publisher: Hyperion Press | Mia

“Skripkaçının melodiyası” (1921), Andre Kertes

***

Картинки по запросу nadar savorgnan de brazza 1882

Savornyan de Brazza (1882), Nadar

***

Картинки по запросу g w wilson queen victoria

Kraliça Viktoriya (1863), G.V. Uilson

***

Philip Glass and Robert Wilson', Robert Mapplethorpe, 1976 | Tate

Filip Qlass və Bob Uilson (1976), Robert Meppltorp

***

Картинки по запросу niepce dinner table

Yemək masası (İlk foto, 1823), Niyepsi

The Clash: “Washington bullets”

“The Clash” 1976-cı ildə qurulmuş və 10 illik sənət karyerasına malik ingilis pank-rok qrupu; 70-ci illərin sonlarınadək orijinal pank hərəkatının ən uğurlu və ikona sayıla biləcək proyektlərindən biri. Əsasən güclü səhnə performansları ilə tanınan qrup pank, reqqi, caz, rəqs, ska və digər bir çox musiqi növləri ilə zənginləşdirdikləri mahnıları ilə 6 studiya albomu lentə almışlar. The+Clash

Qrupun musiqisi SOL ideologiya ilə uzlaşırdı və rəhbər Co Strammer özü də solçu idi. Ümumiyyətlə, “The Clash” pank rokdakı radikal siyasi üsyanın pioneri hesab olunur. Qrup yaşadıqları ölkədəki digər qrupların bir çoxu kimi monarxiya (Böyük Britaniya taxt-tacı) və aristokrat təbəqəsini tənqid edir, ancaq onlardan fərqli olaraq nihilizmə qapılmırdı. Siyasi fəaliyyətlərinin praktiki göstəriciləri kimi müasir liberal hərəkatlarla olan həmrəylik və Anti-nasist Liqasına qoşulmaları (daha bir neçə rok qrupu qatılmışdı), eləcə də, 1978-ci ildə Londonun Viktoriya Parkında, 50000-dən çox tamaşaçının izlədiyi “Rasizm əleyhinə rok” adlı konsert göstərilə bilər.

Adını çəkdiyim konsertdə qrupun rəhbəri Strammer’in geyindiyi köynək isə digər diqqətçəkən məqamlardan biri idi. Bir üzdə 1970-ci ildə qurulmuş, məqsədləri ölkədə inqilabçı dövlət qurmaq olan, İtaliya təyinatlı marksist-solçu qruplaşma: “Qırmızı briqada”. Kiçik miqyaslı oğurluq və partlayıcılarla fəaliyyətə başlayan təşkilat 1974-cü ildən etibarən dövlət aparatının səlahiyyətli şəxslərinə hücuma başladılar (“1 adamı vur, 100 adamı maarifləndir” sloqanı). 1984-cü ildəki bölünmədən sonra əvvəlki gücünü itirən qruplaşmanın ən səs-küylü işi dövrün İtaliya Baş Naziri və Xristian Demokrat Partiyasının rəhbəri Aldo Moro’nu qaçıraraq öldürmələri olmuşdu.

Köynəyin digər üzündə isə barələrində bir o qədər də şərhə ehtiyac duymadığım Baader-Maynhof birləşməsi olan marksist-leninist təşkilatın adı həkk olunmuşdu: RAF. Yeni bir Dünya üçün bütün Dünya imperializminə qarşı mübarizə aparmış qrup üzvlərinə Stamhaymdakı sui-qəsdlər onların SOL üçün necə dəyərli və korrupsioner sistem üçün necə qorxulu olduqlarını bir daha sübuta yetirmişdi. Bəzən məsələlərin hədsiz müəmmalı olması (məsələn, Rafiq Tağı cinayəti) onu kütlə üçün çətin unudulan bir hadisəyə çevirir. Yadda olduğu müddətcə hər kəs özü üçün nəticə çıxartmalı, TV “ziyalıları” maskanı atıb kütləyə doğru-düzgün informasiya çatdırmalıdır. Məsələn, Dario Fo kimi; müəllifi olduğu “Mən Ulrike. Qışqırıram!” adlı pyesindən:

“Artıq indidən cəsədimi qaçırdıb saxlamağınızı, vəkillərimə mane olmağınızı görürəm… Xeyr, Ulrike Maynhof’u görə bilməzsiniz. Bəli, özünü asdı. Xeyr, cəsədin müayinəsinə icazə yoxdur. Heç kim baxa bilməz. Yalnız hökumətdən səlahiyyətli şəxs, o da qərarını verib artıq. Maynhof özünü asıb. Amma boynunda asılma izi yoxdur… Boynunda heç bir ləkə görünmür… Əvəzində bütün bədəni çürüyüb… Kənara çəkilin! Fotoaparatla şəkil çəkmək qadağandır, əlavə sual vermək qadağandır. Cəsədimi incələmək qadağandır. QADAĞAN. Düşünmək qadağandır, təxmin etmək, danışmaq, yazmaq qadağan, hamısı qadağandır!..”

…və yadıma “68 Fransası”ndan bir sloqan düşdü: “Qadağan etmək qadağandır!”. “The Clash” qrupunun mahnılarındakı açıq siyasi mesajlar ilk sinqllardan özünü göstərmişdi. Məsələn, “Ağ üsyan” (“White riot”) mahnısının mövzusu irqçi neo-faşist birliklərin qaradərililərə qarşı olan radikal münasibətlərinin tənqidinə həsr olunmuşdu. “Karyera imkanları” (“Career opportunities”) adlı mahnı çətin şəraitdə, aşağı əmək haqqı ilə (“sakit, başımı salıb, gündəlik çörəyimi qazanıram” deyimi) yadlaşma nəzəriyyəsinin arqumentlərilə, sahibkarların isə “pul maşınları”na çevrilmiş işçilərilə bağlıdır. “London yanır” (“London is burning”) adlı sinql isə şəhər həyatının yeknəsəkliyini və sistemin günə “gündəlik” sözünü sırımasını ifşa edir.“Sandinista!” (1980) “The Clash”in 4cü studiya albomudur. Dövrün bütün musiqi trendlərini tapa biləcəyimiz bir layihə olan “Sandinista!” qrupun karyeralarındakı pik nöqtə hesab olunur. Albomdakı “Vaşinqton güllələri” (“Washington bullets”) mahnısı Co Strammer’in o vaxta qədər yazdığı ən kəskin siyasi mətnə malik idi. Adı çəkilən yerlər – Çili, Nikaraqua, Kuba, Əfqanıstan və Tibet – dövrün siyasət arenasında əsas müzakirə obyektləri kimi nəzərdən keçirilmişdi. İlk 3 “təyinat nöqtəsi”ndə Strammer’in solçu ruhu hiss olunur; son 2 yerlərlə isə Moskva və Pekin mərkəzli kommunist dövlətlərin imperialist hərəkətlərini tənqid edirdi.

***

Mahnının tərcüməsi:

“Oh! Ana, Ana bax ora!
Sənin uşaqların yenə o küçədə oynayır.
Sən bilmirsən nə baş verdi orda?
14 yaşlı gənc vuruldu orda.
Camdaun şəhərinin Kokani silahları
Öldürülən təlxəklər, qanlı pula sahib adamlar
Yenə Vaşinqton güllələri atılır?Çilinin hər hücrəsində
Əzab çəkənlərin harayları deyiləcək
Alyendeni xatırla və bir gün əvvəl,
Xatırla Viktor Yaranı,
Santiaqo stadionunda
“Es verdad” – budur yenə Vaşinqton güllələri.Və 1961-də Donuzlar Körfəzində
Havana pleyboyla vuruşdu, Kuba günəşi altında,
Kastro üçün qırmızı, indi daha da qırmızı idi,
Vaşinqton güllələri Kastronu öldürmək istədi.İlk dəfə
Nikaraquada inqilab olanda,
Amerikadan müdaxilə yox idi
Amerikada insan haqları.İnsanlar liderə qarşı vuruşdular
Və onu göyə sovurdular…
Vaşinqtonun güllələri olmadan nə edərdi o görəsən?

Əgər əfqan üsyanına qarşı savaşa bilsən,
Moskvanın güllələri yan keçdi.
Soruş ondan nə düşünür kommunist səsverməylə bağlı…
…Tibetin təpələrindəki Dalay Lamadan soruş
Nə qədər keşiş ələ keçirib çinlilər?
Müharibə bataqlığındakı pullu əsgərləri dayandırın,
Və cəbbəxanadakı Britaniya güllələrini yoxlayın.
Que?

Sandinista!
***

Mahnı fonunda tarixə nəzər:

1970-73-cü illərdə Çilinin sosialist prezidenti vəzifəsini icra edən Salvador Alyende seçkilər vasitəsi ilə hakimiyyətə gəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, ölkədə orta təbəqənin maraqlarına cavab vermək idi.
Qısa zaman ərzində sosial baxımdan az təmin olunmuş insanlar üçün bəzi qanunların qəbul olunmasına nail olan Alyende, göstərdiyi bu cür fəaliyyətə görə şərti olaraq “Kasıbların Kral”ı adını alır.

Salvador Alyende hakimiyyətinin ilk aylarında Çilidə sosialist cəmiyyətin qurulmasının vacibliyini qeyd edirdi. Varlı insanların mülkləri müsadirə edilir, insanlar üzərində ciddi nəzarət yaradılırdı. Alyendenin əmri ilə 15 yaşından kiçik uşaqlara və yeni doğulmuş körpələrin analarına gündəlik yarım litr süd verilirdi. Ölkədə ən az maaş alan şəxslərin əmək haqları iki dəfə artırıldı. Ölkədə fəaliyyət göstərən xarici şirkətlərə qarşı sanksiyaların təyin olunması və yerli şirkətlərin dövlətin nəzarətinə keçməsi (əsasən ABŞ-ın tabeçiliyindəki mis mədənləri) prosesi sürətlənirdi.

Bu cür siyasətin genişlənməsindən narahatlıq duyan ABŞ-ın ölkəyə müdaxilə planları, Çilidə Kuba səfirliyinin açılması ilə (1970) özünü daha da göstərməyə başlayır. 1972-ci ildə ABŞ-ın təzyiqi ilə mühafizəkar müxalifət rəsmi qərarların qəbulu zamanı prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təkliflə çıxış edir ki, bu da Alyende hakimiyyətini kapitalist sistemin “korrupsiyalaşmış qolları”na atır. Parlament qərarların qəbulundakı “veto” hüququ ilə dövlətləşdirmə işlərinə mane olmağa başlayır.

Ölkədaxili vəziyyətin günü-gündən pisləşməsi, bir vaxtlar Alyendə tərəfindən ordunun baş komandiri təyin edilmiş general Auqusto Pinoçet’in hökuməti devirməsi ilə nəticələndi. Bu əksinqilaba kömək edən əsas qüvvə isə şübhəsiz, ABŞ-ın Mərkəzi Kəşfiyyat Bürosu (CIA) idi.

Diktatura rejiminə qədəm qoymuş Çilidəki yeni rejim ölkənin məşhur gitarist-ifaçısı Viktor Xara‘nın Alyende və sol partiyaları dəstəkləyən çıxışları ilə uyğunluq təşkil etmirdi. Nəticədə işgəncələrə məruz qalan Viktor’un bir daha gitara çalmasın deyə əlləri sındırılır. Ancaq bir söz dil(in)dən düşmürdü: “Venceremos!” (“Qalib gələcəyik!”)

***

1961-ci ildə ABŞ-ın dəstəyilə əksinqilabçı kubalıların Fidel Kastro rejimini devirmək üçün həyata keçirdikləri uğursuz cəhd olan “Donuzlar körfəzi əməliyyatı”nın başlıca səbəbi Kuba liderinin süründürməçi kapitalist sistemdən uzaqlaşaraq “xalq hakimiyyətin mənbəyidir” maddəsini (!) mütləq şəkildə yerinə yetirməsi idi. Təşkil edilmiş müdaxilənin nəticəsi yankilər üçün heç də ürəkaçan olmadı. Bu rüsvayçı (həm siyasi, həm də hərbi) əməliyyat mövcud Kennedi hökumətini gözdən saldı. Həmin dövrün Kuba İqtisadiyyat Naziri olan Çe Gevara isə ‘Ağ Ev’ə ünvanladığı məktubda vəziyyəti aydın şəkildə təsvir edirdi: “Donuzlar körfəzi əməliyyatı üçün təşəkkürlər. Əməliyyatdan qabaq inqilab zəif idi. İndi əvvəlkin daha da güclüdür.”

***

1967-1972 və 1974-1979-cu illərdə Somoza ailəsindən sonuncu şəxs kimi Nikaraqua prezidenti olmuş Anastazio Debayl ölkədəki avtoritar-diktatura rejiminin baş memarı idi. Məqsəd kimi ailə sərvətini böyütməyi seçən Anastazio qəbul edilən yeni konstitusiyaya uyğun olaraq hakimiyyətini 1981-ci ilə kimi uzatmışdı. 1972ci ildəki paytaxt Manaqua zəlzələsinə göndərilən yardımların Somoza ailəsi tərəfindən mənimsənilməsi ilə bağlı iddiaların yayılması yuxarıdakılara qarşı başlanılan etirazların özünü hərbdə tapmasına səbəb oldu. Əsas hərəkətverici qüvvə isə Sandinista (albomun adı) Milli Qurtuluş Cəbhəsi (SMQC) idi. Baş verənlər nəticəsində dünya siyasət arenasındakı nüfuzunu itirmək istəməyən ABŞ Anastazio Debayl’a olan dəstəyini geri çəkir. SMQC-nin silahlı mübarizəsi nəticəsində ölkədəki diktatura rejimi devrilir. Nikaraquadan qaçan Somoza isə sıxındığı Paraqvayda Argentina təyinatlı solçu qruplar tərəfindən öldürülür.

***

1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibə insanları, kommunizmlə qanı bərabərləşdirməyə sövq etmişdi. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçərək, ölkədəki daxili sabitliyi bərpa etmək adı altında işğala başlamışdı. 10 il davam edən müharibə nəticəsində qalib gələn tərəf əfqan mücahidləri oldu.

10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. SSRİ Əfqanıstana daxil olanda Qərb dünyası narahatlıq içində idi. Kommunistlərin burada qələbə çalacağı təqdirdə Qərb bu regiona nəzarəti itirə bilərdi.

1955-ci ildə Çin Tibetə daxil olaraq bu əraziləri ölkənin tarixi torpaqları kimi qələmə verdi. Bu müdaxilə zamanı çoxlu sayda tibetli rahib qətlə yetirilmişdi.

Böyük Britaniya bu günə qədər qlobal silah satışında ən qabaqcıl yerlərdən birini tutur. Bunların çoxu muzdlu əsgərləri qiyama sürükləyən müharibə liderləri üçün nəzərdə tutulur. Maraqlı fakt isə BMT-nin daimi beşliyini təşkil edən ölkələr, elə silah satışı siyahısında da ilk 5-likdə qərarlaşıb; təsadüflərə inanmıram.

SOLFRONT.ORG