Art or Pornography

“A picture is a secret about a secret, the more it tells you the less you know.” Diane Arbus

Budapeştdə olarkən qatıldığım sərgilərdən birində növbəti tərəddüdümü yaşamışdım: davam etmək, yoxsa vaz keçmək? Ancaq türklər demiş, “Denemeden bilemezsin”… Muzeydə Alman-Avstraliya əsilli bir fotoqrafın “Sex and Power” adlı foto sərgisi nümayiş olunurdu. Sərgi salonu əksəriyyəti ortayaşlı olmaqla, kifayət qədər insanla dolu idi. Girişdə ilk olaraq fotoqrafın öz şəkli vurulmuşdu. Növbəti fotonun qarşısında dayandıqda isə ətrafıma “günah” işləmiş insan gözüylə baxıb bizim deliqasiyanın nümayəndələrinin yanımda olmadığından əmin olduqdan sonra növbəti fotoları böyük maraqla diqqətdən keçirdim…

Helmut Newton (əsl adı Helmut Neustadter) 20-ci yüzilliyin ən təsirli və qəribə tərzli fotoqraflarından biridir. 1920-ci ildə Berlində yəhudi ailəsində dünyaya gələn Helmut 1938-ci ildə Nasist rejimindən qaçaraq əvvəl Sinqapura, ordan isə Avstraliyaya gedir. İlk soyadını dəyişdirdikdən sonra bir fotostudiya açır. Burada onun üçün poza verən aktrisa  June Brunell ilə tanış olur. 1 il sonra, 1948-ci ildə onunla ailə həyatı qurur. Fotoqrafın  yaradıcılığında June Newton hər zaman həyat yoldaşının ən yaxın köməkçisi və Helmut’un yaradıcılığından bəhs edən sənədli filmin “rejissor və operatoru” dur. Hətta 1970-ci ildə əri xəstə olarkən June özü fotoqraf kimi çalışmağa başlayır, siqaret reklamı üçün fotolar çəkir. Təqvim 23 Yanvar 2004-cü ili göstərdiyi gün Helmut Newton Sunset bulvarında avtomobilinin idarəsini itirərək qəzaya uğrayır və son olaraq gözlərilə ölüm kabusunun fotosunu çəkir…images (1)

Hələ 15 yaşlarında fotoqraf olmaq həvəsinə düşən Helmut ilk fotokamerasını cib xərcliyi ilə alır. O gündən 2004-cü ilədək Salvador Dali, Monako şahzadəsi Stephanie, Andy Warhol, Karl Lagerfeld,Madonna, Monica Bellucci, Cindy Crawford, Jeremy Irons kimi tanınmışlara  foto obyektivini tuşlamışdır. Paris, London, Los Anceles kimi şəhərlərdə müxtəlif fotostudiyalarda işləyən Helmut’a Vogue, Elle, Queen kimi məşhur jurnallar öz üz qabığını həvalə edir.

Bəs Helmut Newton’u əfsanəvi edən nə idi? “Androgen Qadın” obrazı yaradan Helmut güclü qadın fotolarında özünü daha inamlı hiss etdiyini söyləyirdi. Buna baxmayaraq, istər sağlığında, istərsə də indiki dövrdə yaratdığı obrazlar ictimaiyyət tərəfindən birmənalı olaraq qarşılanmır. Bəzi insanlar onun fotolarını pornoqrafik hesab edərək bununla onun qadınları təhqir etdiyi fikrini irəli sürürlər. Newton isə “Qadın gücünü bilməlidir, mən sadəcə onu göstərirəm” deyərək fotoqrafiya tarixində yeni bir cığır açır.

“It’s that I don’t like white paper backgrounds. A woman does not live in front of white paper. She lives on the street, in a motor car, in a hotel room”.

Yalnız pornoqrafiya və erotik sənət anlayışını fərqləndirə bildikdən sonra Helmut Newton yaradıcılığını düzgün qiymətləndirə bilərik. Pornoqrafiya (yunanca: sərbəst qadın; yazıram, latınca:pornos-əxlaqsiz, qrafo-çəkirəm) – seksual hissləri oyatmaq məqsədi ilə insan bədəninin çılpaq halda əks etdirilməsidir. Pornoqrafiyada erotikadan fərqli olaraq bütün insan bədəni çılpaq halda göstərilir. ( Wikipedia) Erotik ədəbiyyat və  incəsənət nümunələrində (musiqi, heykəltaraşlıq, rəssamlıq, bədii film) isə insan hissləri və düşüncələri ön plandadır.

Dünya klassiklərindən olan W.Shakespeare’in “Venus and Andonis”, “The Rape of Lucrece” kimi şerlərində və bəzi sonetlərində erotik çalarlar özünü göstərməkdədir. Müasir ədəbiyyat nümunələrindən isə “Bozun əlli çaları” mübahisəli kitablardandır. İngiltərə yazıçısı Erika Ceyms’in trilogiyasının  birinci kitabı olan “Bozun əlli çaları” (ing. «Fifty Shades of Grey»)  son illərin ən oxunan erotik romanıdır. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər “analar üçün porno” adlandırıblar.

Bizim qəhrəman Helmut’un yaradıcılığına gəldikdə isə onun əsərlərinin “pornoqrafik” adlandırılması Pieter Paul Rubensin Levkippin qızının qaçırılması, Rembrandt Harmenszoon van Rijn’in “Bathsheba at Her Bath” adlı tablolarını eyni ifadə ilə adlandırmağa bərabərdir. Helmut yaradıcılığı reallığa dayanır. Gerçəklik dərhal hiss edilməkdədir. Fotoşopdan heç zaman istifadə etməməsi, insan bədənindəki əzələləri foto kamerası ilə idarə edə bilmək bacarığı onu unikal edən amillər sırasındadır. Şəkillərdəki qadın özgüvəninin ağ-qara fonda  donuq şəkildə verilməsində aydın bir təxribat olduğu gözdən qaçmayan məqamlardandır…

Some people’s photography is an art. Not mine. Art is a dirty word in photography. All this fine art crap is killing it already. In my vocabulary there are two bad words: art and good taste”. 

 Helmut Newton – speaking in Frames From the Edgedavid-lynch-isabella-rossellini-by-helmut-newton
images (2)
helmut,newton-4d926e88e9c19f7ad7d27875358e1cbd_i23helmut,newton-923da52c420967e16c79c483843fd38d_iimagesHelmut Newton 1helm4

Ray və avanqard fotoqrafiya

“Bir rəssam olaraq başladım. Tablolarımda ağ və qara rənglərin reproduksiyasını kəşf etmişdim. Gün gəldi mən rəssamlığı bir kənara qoydum, ancaq reproduksiya yenə də qalırdı. Ondan sonra rəssamlığın köhnə bir ifadəetmə tərzi olduğuna inandım və cəmiyyət vizual olaraq maarifləndikdən sonra şübhəsiz fotoqrafiya onu (rəssamlığı) taxtdan salacaq. Fotoqrafiya mənə mənanı daha sadə və sürətlə çatdırır.” Man Ray

Man_Ray_1934

Man Ray amerikalı fotoqrafdır, ancaq təkcə o deyil. O, XX əsr incəsənətində bir pillədir, insanlığın önə doğru atdığı bir addımdır, dostu olmuş Marsel Duşamp kimi. Man Ray tabuları yıxan avanqard sənətkar kimi yaddaşlara həkk olunmuşdur. Həyat və karyerasının əsas mərhələsini Parisdə keçirmiş Ray, burada dadaizm və sürrealizm cərəyanlarının iştirakçısı olmuşdur. Fotoqrafiyanın bir sənət qolu kimi inkişafında Man Rayın rolu danılmazdır – fotoqram-“rayoqrafiya”solarizasiya texnikasını təklif etmişdir.

Ailəsi Rusiya yəhudilərindən idi. Yaşadığı ərazidə etnik diskriminasiyaya və anti-semitizmə məruz qalması, qardaşının ardınca onun da soyadını dəyişdirməsi ilə nəticələnir (doğum adı Emanuel Radzinski). İncəsənət məktəbində bir müddət rəssamlıq və heykəltaraşlıq təhsili alır. Bu dövrdəki əsas ilham mənbəyi Alfred Stiqletz idi (digər bir fotoqrafçı və novator, barəsində başqa bir yazıda).

images (2)

Nyu York şəhərində (1913) Marsel Duşamp’la tanış olan Ray, əsasən statik tablo çəkməyə yönəlir. Şəkillərində həmin dövrün Avropa incəsənətindəki kubizm havası hiss olunurdu. Sənət anlayışında yeni bir cığır açmış Duşamp’ın “readymade”ləri – adi obyektlərin tamaşaçı qarşısına bir az fərqli tərzdə çıxarılışı – Man Ray’a da təsir göstərmişdi. 1921-ci ildəki məşhur readymade “Hədiyyə” məhz bunlardan biridir. Mismarlı ütü artıq öz ənənəvi funksiyasını itirmişdir, bir növ dekonstruksional xarakter daşıyır. Maraqlıdır ki, işin yaradılmasında məşhur fransız impressionist bəstəkar Erik Sati köməkçi kimi iştirak etmişdi.

images

1920-ci ildə Marsel’lə birgə “New York Dada” adlı art-jurnal buraxmaq qərarına gəlirlər. Lakin Man Ray Nyu-Yorkun vəhşi və səs-küylü küçələrindən dəhşətə gələrək yazılarında qeyd edirdi ki, “Dadaizm Nyu-Yorkda yaşaya bilməz. Çünki Nyu-York özü onsuz da dadaizmdir və başqa rəqibə tolerant yanaşmayacaq.”

Paris dövrü Man Ray’ın karyerasında pik nöqtədir. Monparnessdə, dörd tərəfi məşhurlarla əhatə edilmiş şəkildə yaşayan Ray, ilk sürrealist sərgidə izləyicilərin diqqətini cəlb etməyi bacarır. 1925-ci ildə təşkil edilmiş sərgidə Ray’la yanaşı Max Ernst, Jan Miro, Pablo Pikasso kimi sənətkarlar da iştirak edirdilər. Bu dövrdə çəkilmiş bir çox avanqard qısa filmlərin, hansıki “təmiz kino” (pure cinema) adını daşıdığına eyham vurulurdu, rejissoru məhz Man Ray idi.

images (1)2-ci Dünya müharibəsi Ray’ı ABŞ-a qayıtmağa məcbur edir. 1940-51 arası Los-Anceles şəhərində qalır. 1963-cü ildəki avtobioqrafiya çapından sonra yenidən Parisə qayıdan Ray, 1976-da ağcıyər infeksiyasından vəfat edir. Həyatında 3 əsas qadın olmuşdur ki, onlardan biri tanınmış sürrealist fotoqraf Li Miller idi. Qəbrinin üzərində “qayğısızdır, ancaq biganə deyil” yazısı var. 1999-cu ildə ARTnews jurnalı Man Ray’ı “20ci əsrin ən təsirli 25 sənətkarı” arasına daxil etmişdi.

“Yaratmaq ilahi, reproduksiya insandır.” Man Ray

Daha çox avanqard üçün: http://www.manray-photo.com