Weltanschauung stenosis

Fərdin əxlaqlı yaşaya bilməsi üçün özünü cəmiyyət əxlaqından xilas etməsi lazımdır…

Summer Interior, 1909 by Edward Hopper

“Yay interyeri” (1909), Edvard Hopper

***

Mənim meqalomaniya böhranlarım ya da yaralanan qürurum sizi narahat etməsin və əgər bir gün bir ehtiras tutması zamanı həyatıma son qoysam, əsla buna kədərlənməyin. Sizinlə bağlı nə xəyallarım var idi…

Alan Roni’nin Paris’in şimal tərəflərində, 28 iyunda (1971) çəkdiyi bu şəkil Pamela’nı qucaqlayan Cim’in reallıq axtarışından (cəmi 1 həftə sonra, 3 iyulda) əvvəlki sonuncu obrazıdır.

***

Əgər sizi özümdən indi uzaqlaşdırsam varlığınız üçün dəhşətli bir cinayət ortaya çıxacaqdır…Dağıtdınız və zərər verdiniz və bunu təkcə mənə yox, məni sevən hər kəsə qarşı etdiniz: süngünün ucundasınız…

“Corciya O’Kiff, Əllər” (1918) Foto qadının əri Alfred Stiqlitz tərəfindən çəkilib

***

Qaranlıqda oturmağın verdiyi məmnunluq

Her gün biraz daha yalnız Robespierre
Ve Fransa biraz uğultulu
Yalnızdır akşamı yok edilen bir subay
Bilinmez ürkütülmüş atları ne çok sevdiği
Her yalnızlık biraz ihtilal.

Çok şeyleri kadınlar için yaptım, kadınlar
Onlar ki yokmuşum gibi sevdiler beni
Beğenmek, beğenilmek gibi ayrı kaldılar
Bir gün de akşamdı, ben o akşamı hiç unutmam
Her sessizlik biraz ihtilal.

İşte bir tanrı evi, kimler ki geçerken uğruyorlar
Sonra çılgınlar gibi kalabalığa
Belki de yarı kalmış bir sevgiye koşuyorlar
Belki de her boyun eğdikleri, her diz çöküş
Yavaşça bir ihtilal.

                                                                                                                  Edip Cansever

***

Yuxular ya arzuları ifadə edir ya da qorxuları

Figure at a Window by Dali (1925)

“Pəncərədə fiqur” (1925), Salvador Dali

***

Mənim xəstəliyim bədənimin sərhədləri içindədir, amma o mən deyil. Mən bədənim və xəstəliyimdən ibarətəm, amma onları nəzərdə tutmaq mən demək deyil…

Self Portrait', Robert Mapplethorpe, 1975, printed 1997 | Tate

“Avtoportret” (1975), Robert Mappltorp

***

Bir anlıq heyvani həzzin ardından saatlar boyu özündən iyrənmək

Картинки по запросу

“Otel otağı” (1931), Edvard Hopper

***

Pandora’nın qutusu açılıb Zevs’in içində saxladığı bütün şər qüvvələr dünyaya saçılarkən orada sonuncu bir günahın qaldığından heç kimin xəbəri olmamışdı: ümid. O zamandan bəri insanlar yanlış da olsa, qutunu və içindəki ümidi uğur kimi qələmə verdilər. Fəqət Zevs’in arzusunun insanların özlərini işgəncəyə təslim etməsi olduğunu unutduq. Ümid şər qüvvələrin ən pisidir, çünki işgəncəni uzadır…

Картинки по запросу durer praying hands

“Dua edən əllər” (1508), Albrext Dürer

***

Özünə yalan danışmaq? Öz-özünə necə yalan demək olar ki? Bu vəziyyətdə yalan deyən kim, yalan deyilən kim olacaq?

Man with a Newspaper - Rene Magritte | Wikioo.org - The Encyclopedia of  Fine Arts

“Qəzet oxuyan kişi” (1928), Rene Maqrit

***

Siz bu sevginin içinizdə yaratdığı duyğuları sevirsiniz! Siz arzunu sevirsiniz, arzu edilən şeyi deyil…

The Lovers 2, 1928 by Rene Magritte

“Sevgililər II” (1928), Rene Maqrit

***

Bir qadına aşiq olanda sənin təkcə yaxşı tərəflərini görməyini istəyirsən. Təbii olaraq özünlə bağlı bəzi şeyləri saxlayırsan, yəni səni pis göstərə biləcək şeyləri. Məsələn, seksual istəklərini…

Картинки по запросу rene magritte depth of pleasure

“Həzzin dərinliyi” (1948), Rene Maqrit

OR

Tomer Hanuka’s cover for the Marquis de Sade’s Philosophy in the Bedroom“ “” GUH. ” “ foxesinbreeches:nightmarebrunette: ”

Sad’ın “Yataq otağında fəlsəfə” kitabına israilli gənc animator Tomer Hanuka’nın illüstrasiyası

***

Bold-italic yazılar İrvin Yalom‘un “Nitsşe ağlayanda” kitabından götürülmüşdür…

Həyatınızı tamamlaya bildiniz? No? Lets amor fati!

İncəsənətin ‘qurban’ları

İncəsənət tarixi üzrə kursda belə söyləyirlər ki, bir dəfə V Piy rəssam El Qreko‘dan Sikstin kilsəsində Mikelancelo’nun çılpaq fiqurlarının üzərindən nəsə çəkməyi xahiş edir. El Qreko razılaşır, yalnız bir şərtlə ki, tavanı bütünlüklə onun ixtiyarına buraxsınlar. Bir də tələbələrə söyləyirlər ki, El Qreko yalnız astiqmatizmdən əziyyət çəkməsilə məşhurlaşıb. Elə bu səbəbdən onun fırçasının məhsulu olan adamlar əyri-üyrü çıxıblar – o, düzgün görməyib, buna görə də əlləri ayaqları uzadıb və bu dramatik effekt hesabına məşhurlaşıb.

El_Greco,_The_Vision_of_Saint_John_(1608-1614)

“Beşinci möhürün açılışı” (1608-1614), El Qreko

Sən danışdın ki, Mikelancelo maniakal depressiyadan əziyyət çəkirdi və özünü dərisi soyulmuş əzabkeş şəklində çəkmişdi. Anri Matiss appendisiti ucbatından hüquqşünaslıqdan əl çəkmişdi. Robert Şuman yalnız sağ əlini iflic vurandan və o, bir daha konsertlərdə ifa edə bilməyəndən sonra musiqi bəstələməyə başladı.

Sən Nitsşe və onun üçüncü sifilisi barədə danışdın. Motsart və onun uremiyası barədə. Pol Kli‘nin oynaq və əzələlərini ölənəcən qıc edən skleroderması haqqında. Frida Kahlo və onun eybəcər hala düşmüş ayaqları və onurğası haqda. Lord Bayron və onun ayağının əyriliyi barədə. Bronte bacıları və vərəm haqqında. Mark Rotko və onun intiharı barədə. Flanner O’Konner və qurdeşənəyi haqda.

the-dream-the-bed-1940

“Yuxu” (1940), Frida Kahlo

Piter bütün dövrlərin və xalqların ən dahi skripkaçısı olan Paqanini haqqında tez-tez danışardı. O, vərəmdən sifilisdən, çənə osteomiyeletindən, ishaldan, hemorroydan və böyrəklərindəki daşdan əziyyət çəkib. Sifilisini müalicə elədiyi civədən zəhərlənməyə başlayıb: bütün dişləri və saçları tökülüb, dərisisə bozumtul ağ rəng alıb. Amma bu canlı ölü skripkada çalmağa başlayanda tanrıya çevrilirdi.

Kollecdə Vinsent van QoqTuluz-Lotrek’dən bəhs edirlər. Ağılları azmış və əsəblərini korlamış bu rəssamlar haqqında. Onlar hətta o vəziyyətə düşürdülər ki, fırçanı heydən düşmüş əllərinə bağlayıb çəkirdilər. Zəhərli boyalar, absent, sifilis, biləkdə və topuqlarda zəiflik – qurğuşun zəhərlənməsinin aşkar əlamətidir.

800px-Lautrec_in_bed_1893

“Yataqda” (1893), Anri de Tuluz-Lotrek

1819-cu ildə Teodor Jeriko özünün şah əsərini yaradıb – “Meduzanın salı” adlı şəklini çəkib. Orada gəmi qəzasından sonra sağ qalan adamlar təsvir olunub – yüz qırx ailədən onu. Həmin vaxt Jeriko təzəcə hamilə məşuqəsini atmışdı. O, özünü cəzalandırmaq üçün başını qırxmış, düz iki il evdən bayıra çıxmamış, dostlarıyla görüşməmişdi. Bu iyirmi yeddi yaşlı rəssam heç kəslə ünsiyyətə girmir, yalnız şəkil çəkirdi. Can verənlərin və meyitlərin eskizini cızmaq üçün xəstəxanaya gedirdi. O, 32 yaşında bir neçə uğursuz özünüqəsddən sonra, nəhayət, bu dünyayla vidalaşır.

800px-JEAN_LOUIS_THÉODORE_GÉRICAULT_-_La_Balsa_de_la_Medusa_(Museo_del_Louvre,_1818-19)

“Meduzanın salı” (1818-1819), Teodor Jeriko

Qeyd. Mətndəki informasiyalar Çak Palanik‘in “Gündəlik” adlı kitabından götürülüb…

***