Fərdin əxlaqlı yaşaya bilməsi üçün özünü cəmiyyət əxlaqından xilas etməsi lazımdır…
***
Mənim meqalomaniya böhranlarım ya da yaralanan qürurum sizi narahat etməsin və əgər bir gün bir ehtiras tutması zamanı həyatıma son qoysam, əsla buna kədərlənməyin. Sizinlə bağlı nə xəyallarım var idi…
***
Əgər sizi özümdən indi uzaqlaşdırsam varlığınız üçün dəhşətli bir cinayət ortaya çıxacaqdır…Dağıtdınız və zərər verdiniz və bunu təkcə mənə yox, məni sevən hər kəsə qarşı etdiniz: süngünün ucundasınız…
***
Qaranlıqda oturmağın verdiyi məmnunluq
Her gün biraz daha yalnız Robespierre
Ve Fransa biraz uğultulu
Yalnızdır akşamı yok edilen bir subay
Bilinmez ürkütülmüş atları ne çok sevdiği
Her yalnızlık biraz ihtilal.
Çok şeyleri kadınlar için yaptım, kadınlar
Onlar ki yokmuşum gibi sevdiler beni
Beğenmek, beğenilmek gibi ayrı kaldılar
Bir gün de akşamdı, ben o akşamı hiç unutmam
Her sessizlik biraz ihtilal.
İşte bir tanrı evi, kimler ki geçerken uğruyorlar
Sonra çılgınlar gibi kalabalığa
Belki de yarı kalmış bir sevgiye koşuyorlar
Belki de her boyun eğdikleri, her diz çöküş
Yavaşça bir ihtilal.
Edip Cansever
***
Yuxular ya arzuları ifadə edir ya da qorxuları
***
Mənim xəstəliyim bədənimin sərhədləri içindədir, amma o mən deyil. Mən bədənim və xəstəliyimdən ibarətəm, amma onları nəzərdə tutmaq mən demək deyil…
***
Bir anlıq heyvani həzzin ardından saatlar boyu özündən iyrənmək
***
Pandora’nın qutusu açılıb Zevs’in içində saxladığı bütün şər qüvvələr dünyaya saçılarkən orada sonuncu bir günahın qaldığından heç kimin xəbəri olmamışdı: ümid. O zamandan bəri insanlar yanlış da olsa, qutunu və içindəki ümidi uğur kimi qələmə verdilər. Fəqət Zevs’in arzusunun insanların özlərini işgəncəyə təslim etməsi olduğunu unutduq. Ümid şər qüvvələrin ən pisidir, çünki işgəncəni uzadır…
***
Özünə yalan danışmaq? Öz-özünə necə yalan demək olar ki? Bu vəziyyətdə yalan deyən kim, yalan deyilən kim olacaq?
***
Siz bu sevginin içinizdə yaratdığı duyğuları sevirsiniz! Siz arzunu sevirsiniz, arzu edilən şeyi deyil…
***
Bir qadına aşiq olanda sənin təkcə yaxşı tərəflərini görməyini istəyirsən. Təbii olaraq özünlə bağlı bəzi şeyləri saxlayırsan, yəni səni pis göstərə biləcək şeyləri. Məsələn, seksual istəklərini…
OR
***
Bold-italic yazılar İrvin Yalom‘un “Nitsşe ağlayanda” kitabından götürülmüşdür…
Həyatınızı tamamlaya bildiniz? No? Lets amor fati!