Əli və Nino – 2

Birinci hissəyə keçid

Natali Levisal “Liberasyon” (“Azadlıq”) qəzeti

Fransız qəzeti, 23 may 2002-ci il

1937-ci ildə imzalanan müqavilə ilə avstriyalı nəşriyyat evi “Tal” göstərir ki, Qurban Səid baronun xanımı Elfreyd von Ehrenfelsin ləqəbi idi. Tom Reys (tənqidçi) bildirir ki, baronun xanımı Elfreyd, həyat yoldaşı Rolf kimi, şərqə çox meylli bir insan idi və fəlsəfəni sevərdi. İslam dinini qəbul edən Rolf Ömər von Ehrenfels şəklində  adını dəyişir. Elfreydə gəlincə bu ölkədə (Almaniyada) daha çox almanlaşan qadın, Lev Nussimbaum adlı birindən təsirlənərək bu adı istifadə etməyə başlayır; Lev Nussimbaum Bakı əsilli yəhudi yazıçı özü də islamı qəbul etmişdi və özünə Əsəd adını götürmüşdü. Bu insan Elfreydə aşiq olur və vəziyyət mürəkkəb hal alır.

Daha bir xəbər

…Azərbaycanlı mühacir Məhəmməd Əsəd bəy ilə əlaqəli daha bir səhv məlumat tarixi faktla əvəz olundu. Bu dəfə yazıçının İtaliyanın Pozitano şəhərindəki qəbiristanlıqda, başdaşı yazısı ilə əlaqəli olub. Başdaşı islam ənənələrinə uyğun olmyan şəkildə yerləşdirilib…

Əli və Nino Hollywood-u heyran etməkdə Oxumağa davam et

Əli və Nino – 1

Əli və Nino kitab üzləri

Əli və Nino kitab üzləri

Adı bir sevgi nağılı kimi yaddaşa əlavə oluna bilər, amma hər səhifəsində minlərlə sirri bugünə qədər gizlədə bilən  bir sevgi nağılından daha çox, müqayisə edilməyəcək qədər çox…

Kaknüs Nəşriyyatı – Yusif Vəzir Çəmənzəminli-Türk Ədəbiyyatı-Roman

Əli və Nino; Leyli və Məcnun, Romeo və Culyetta ya da Dr. Jivaqo kimi sarsıdıcı bir eşq hekayəsi… Tərcüməsi Amerikada nəşr edilərkən haqqında Ercih Seqalın “Eşq Hekayəsi”ni kölgədə qoymaq iqtidarında olan bir əsər kimi təqdim edilmişdi. Azərbaycan türkü, müsəlman bir aristokrat gənc Əli Xan ilə gürcü, xristian bir şahzadə Ninonun sevgi hekayəsi, 1917-18-ci illərdə Bakıda, bolşevik işğalı ərəfəsində baş verir. 27 dildə nəşr edilməsi və nəşriyyatçıların bir tirajı üçün külli miqdarda pulu gözdən çıxarmaqları ilə tanınan bir kitab Əli və Nino. Azərbaycanın milli romanı… Keçmişlə müasirliyi, şərq və qərbi, islam və xristianlığı eşq adlı bir yerdə görüşdürmək üçün iradə göstərərək, bütün zamanları və mədəniyyətləri özündə cəmləşdirir.

Qurban Səid-Əli və Nino-Mehmet Harmancı-Everest Nəşriyyatı

Qurban Səid yaradıcılığının zirvəsi olan “Əli və Nino”  ilk dəfə 1937-ci ildə Vyanada nəşr ediləndə əsrin ölümsüz sevgi romanlarından biri olaraq dəyərləndirilmiş, “Romeo və Culyetta”, “Küləklə Sovrulanlar”, “Dr. Jivaqo” kimi təkrarolunmaz eşq hekayələri ilə eyni sırada göstərilmişdi. Ekzotik çöl mənzərəsi fonunda bu ovsunlayıcı roman, fərqli din və mədəniyyət sahibi 2 gəncin xalqlar arasındakı müharibəyə baxmayaraq bir-birlərinə sadiq qalan sevgi hekayəsini danışır. Xəzər qoynunda, Bakıda Asiya və Avropa, islam və xristianlıq, şərq və qərb dəyərləri iç-içə və eyni vaxtda əks mövqedə varlıqlarını göstərir. Şərq dəyərlərinə dayanan fikirlərə Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Bu imkansız sevgini yaşatmaq üçün şərq və qərb arasındakı sərhədi yox etmək qədər çətin görünür.

Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli, şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. “Min bir gecə nağılları” dadında olan bu kitabın gün işığına çıxması da ən az Əli və Ninonun hekayəsi qədər sirlərlə dolu və maraqlıdır. Bakı doğumlu və Avropada yaşayan Lev Nussimbaum ilə avstryalı Barones Elfriede Ehrenfelsin “Qurban Səid” imzası ilə birlikdə yazdıqları qəbul edilən romanın hansı hissələrinin kimin qələmi ilə yazıldığı cavabı bilinməyən sual olaraq qalmışdır.

Əsərin qısa məzmunu

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qırmızı Ordunun Bakını işğal etdiyi vaxtları əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas yer isə, iləri fikirli qərb ilə ənənəvi mühiti qoruyan şərqin qovuşduğu Bakıdır.

Əsərdə Əlinin Ninoya sevgisindən və Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən bəhs edilir. Gimnaziyanı qurtardıqdan sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusilə başqa dinə sitayiş edən qadınlara qarşı mühafizəkar fikirlərdə olmasına baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr, haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır.

Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər.  Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır.

Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir.  Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncə uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda hekayə edilənlər əslində onun gündəliyidir…

Əsərdəki əsas obrazlar:

Əli Xan Şirvanşir: Əsərin Nino ilə birlikdə əsas obrazı. Azərbaycan sevgisi ilə yaşayan bir gənc. Savadlı, Azərbaycanın müasirləşməsinə tövhəsi olan biri. Qərb kimi inkişaf etməsini istəsə də, şərq köklərinə bağlı idi. Ninonu çox sevirdi və bu qarışıq, bəzən xoşbəxt bəzən kədərli sevgi idi. Azərbaycan Respublikasının yaranmasında böyük əməyi olmuşdu və o vaxtın gəncliyini təmsil edirdi.

Nino Kipiani: Əsərin əsas xarakteri, gürcü şahzadəsi, müsəlman Əli xana aşiq idi və bütün Qafqaz qızları kimi gözəl idi. Avropa həyat tərzindən əl çəkib Əli xanla evlənəcək qədər aşiq idi ona.

Əli xan Şirvanşirin atası: Mühafizəkar bir insan idi. Dini əqidəyə bağlı olub, Əlinin bir müsəlman kimi yaşamasını istəyirdi. Öz həyat fəlsəfəsini şiə  təriqətinə görə quran birisi idi. Əlinin Ninoya olan sevgisinə sonradan razı olmuşdu.

Ninonun atası: Gürcü çarı, o da öz adətlərinə uyğun yaşayırdı. Gürcü olmağı ilə fəxr edər, tez-tez Bizans dövlətini tərifləyirdi. Əliyə münasibəti normal idi və bu münasibətdə Əlinin savadlı olmasının rolu böyük idi.

İlyas: Əlinin gimnaziyadan dostu, davakar bir xasiyyəti var idi, Osmanlı ordusunun Bakıya gəlməsini dəstəkləyirdi.

Professor Sanin: Bakıdakı rus imperatorluğu gimnaziyasında dərs deyirdi, yəhudi idi və qərb həyat tərzini dəstəkləyən və müdafiə edən biri idi. Tələbələrini bir Avropa insanı olaraq yetişdirmək əsas hədəfi idi.

İkinci hissəyə keçid

Birinci hissənin sonu…