Qurban Səid kimdir?!

QURBAN Səid kimdir ?

  1. Qurban Səid adında bir real şəxs var mı?
  2. Qurban Səid adını istifadə edən neft milyonçusu İsmayil bəy Aslanın oğludur?
  3. Yusif Vəzir Çəmənzəminlinin özüdür?

Qurban Səid adında bir real şəxs var mı?

Bu fikirdə olanlara görə bu insan 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini itirməsindən sonra Almaniyaya köçmüş və orada alman dilində bu kitabı yazan birisidir. Amma tarix bu fikri təsdiqləyə bilmədi bugünə qədər…

Qurban Səid adını istifadə edən neft milyonçusu İsmayıl bəy Aslanın oğludur?

Azərbaycan dövlətinin arxivində İsmayıl bəy Aslan adına rast gəlinməyib. O, deyildiyi kimi Nussembaum adında biri 1905-ci ildə deyil, 1907-ci ildə anadan olan şəxsin adı da Leo deyil, Yakov olmuşdur. Başqa bu soyadda biri olmamışdır.

Leo Nussembaum 1926-cı ildə islam dininə sığınmışdı. O əz adının atasını gizlədərək, Aslan İbrahim oğlu kimi tanıtmışdı. Bu müsəlman adı isə atası Abraham Lyoviçin hərfi-hərfinə tərcüməsi idi.

Özünü Əsəd bəyin dostu kimi tanıdan Cəmil bəyin xatirələrində:

“Bir yazıda Əsəd bəyin 1905-ci ildə Bakıda anadan olduğunu, başqa bir yazıda isə, onun Zürixdən gələrkən səyahət zamanı dünyaya göz açdığını yazır. ”(Nəticə olaraq, məlumatların həqiqəti əks-etdirdiyini demək çox çətindir.)

Əsəd bəy ilk avtobioqrafik əsəri olan (1929) “Şərqdə Qan  və Neft”  romanında anasının xristianlığı qəbul etmiş  bir yəhudi olaraq tanıtmışdır. Hilal Munşi isə bunu uydurma bir pomflet olaraq dəyərləndirmişdi. Bəzi mətbuat orqanları öz reaksiyalarını göstərmişdilər (Müntexer noyeste naxrixten, Berliner tribunel, Oerliner borzen-kuriyer, Hamburger naxrixten, Di Kroytstseytung, Der Vesten, Oznabrüker Tseytung, Odlu Yurt, Yaş Türkestan, Milli Yol).

Hilan Munşinin tədqiqatları ilə bu fikirləri səsləndirdi:

“Hilal Munşi yazır ki, özünü ‘neft milyonçusunun oğlu’ kimi tanıdan ‘Əsəd bəy’ saxta bir addır. Əslində Kiyevdə anadan olmuş Leo Nussembaumdan başqa biri deyil. 1921-vi ildə Abraham Nussembaum H. Munşiyə oğlu Leonun Azərbaycanda təhsil və kömək görməsi üçün müraciət etdiyini bildirir. Eyni vaxtda özünün Kiyevdə yəhudi qətliamı vaxtı Bakıya getdiyini və Azərbaycanı vətən olaraq gördüyünü hekayə edir.”

9 il sonra:

“1921-ci ildəki yazıları ilə əlaqədar deyilənlərin onda şübhə oyandırdığını yazır. 1930-cu ildə 2-ci dəfə Leo Nussembaumla görüşündən bəlli olur ki, Leo alman qəzetlərindən birində Əsəd bəy imzası ilə özünü və ‘əsərlərini’ tanıdır.”

Yusif Vəzir Çəmənzəminlidir mi?

Bu fikirdən yola çıxanlar Yusif Vəzirin həyatında yaşadığı bir çox olanları, Azərbaycan Respublikasının müstəqilliyini itirdiyi vaxtlar və sonrasında xaricdə yaşamağını sübut olaraq göstərirlər. Yusif Vəzirin digər əsərləri ilə olan uyğunluqlar:

-Yazıçı romandakı qəhrəmanı Əlinin simasında öz üz çizgilərini bir rəssam kimi göstərmiş, öz kemişindən fərqli məlumatlar istifadə etmişdir. Yazıçının (Y.V.Ç.) və qəhrəmanının həyatları arasında inanılmaz oxşarlıqlar var.

-Bütün bunlardan əlavə, alman bir baronessa, “Əli və Nino” kitabının hüquqi olaraq ona varies buraxıldığını iddia edir. Amma 1937-ci ildə Viana “Tal” nəşriyyatı ilə baronessa Elfrida Erenfelts-Bedmershof arasında “Əli və Nino” romanı ilə əlaqədar “Ölən Şərqdən Gələn İşçi” adında müqavilə sənədi tapılır.

Əli adı

Yusif Vəzir daha əvvəllər

İlk hekayə kitabı “Məlikməmməd”in ilk səhifəsində Çəmənzəminli  Əli xan, bundan başqa “İki Hekayə”, “Divanə”, “Qoca” kimi kitablarında “Çəmənzəminli Əliquluxan” imzası ilə yazmışdı.

“Əli və Nino”nun İtaliyada nəşr edilmiş kitabının girişini yazan dostu Cəmil bəy, yazıçının vəsiyyətini nəzərə alaraq ya da öz fikri ilə önsöz səhifəsində dəyişiklik etməmişdi, hər halda “Essad bey. Ali han”

Yazıçı Yusif Vəzir ailəsinə yazdığı son məktubunu “Sizin Əli” imzası ilə yazır.

1909-1913-cü illərdə yazdığı hekayələrdə qəhrəmanları:

“Dərviş problemi”-Əli

“Yeni Fars”-Əli

“Sərhəd Problemi”-Əliqulu

“Gərəksiz Qan”-Əli

“Bugünlərdə Şekspiri Azərbaycan dilinə tərcümə edirlər. Gələn həftə ‘Hamlet’ səhnədə nümayiş etdirəcəyik.” O vaxtlarda Şekspirin əsərlərini Yusif Vəzirin qohumlarından biri tərcümə edirdi. Romanda (həm də “Həyatımın 20 ili” adlı əsərində) Şekspirin kitablarının tərcüməsi hekayə edilir.

Fokusnik jurnalının (baş redaktoru Y.V.Ç.) elan hissəsi:

“14 Fevral Şekspirin ‘Hamlet’ faciəsini səhnədə göstəriləcək. İstəyənlər, Şuşa realni məktəbinin qarşısından bilet ala bilərlər.”

1828-ci ildə Türkmənçay müqaviləsi nəticəsində Muğan Rusiyaya verildi və Yusif Vəzirin “Tarixi, Coğrafi və İqtisadi Azərbaycan” kitabından.

Yazıçı Yusif Vəzir 1923-1925-ci illərdə Paris kitabanasında “Azərbaycan Tarixinə Giriş” kitabı istiqamətində tədqiqatlar aparır. Kitabda aşağıdakı və bənzəri tarixləri anlatan cümlələri oxuduğumuzda Yusif Vəzir yada düşür:

“Rusların qələbəsi nəticəsində ‘Türkmənçay’ müqaviləsi (1828) imzalandı.”

Kaşan Xalçaları

İstər “Əli və Nino” romanında, istərsə də Yusif Vəzirin “Studentlər” və “Qan İçində” romanlarında Kaşan xalçalarından danışılır.

“Evimizin ikinci mərtəbəsində ən gözəl otaq idi. Buhara,İsfəhan və Kaşandan gətirilmiş tünd rəngi xalçalar bütün divarı örtürdü. Xalça üzərindəki naxışlar göllər, meşə və qayalıqlar toxucunun ağlında necə canlanmışdısa, elə də görünürdü. Başa düşməyənə mənasız, bilənlər üçün heyranedici idi o incəliklər.” (romanın müxtəlif hissələrindən bu xalçalar haqqında təsvirlər var.)

Yusif Vəzirin gündəliyi 9 sentyabr 1907:

“İtaliyanın opera qrupu Bakıdadır. Dünən ‘Aida’  operasını izlədik.”

“Əli və Nino” romanı:

“Amma təssüf ki, anbarda təkcə iki val var idi. Onların biri dağlı rəqsi, ikincisi isə ‘Aida’ operasından ariya idi.”

Aleksandr Qriboyedovun məzarı

Yusif Vəzirin 1904-cü ildə Fokusnik jurnalının 2-ci nömrəsində:

“1828-ci ildə Qriboyedov İran şahlığında nazir vəzifəsini icra etməyə başlayır. Amma 1829-cu ildə 30 yanvarda artıq həyata vida etmişdi,Tehran Black Hundred’ləri tərəfindən öldürülmüşdü. Şairin cənazəsi öz arzusuyla Gürcüstanda dik bir qayalıqda, Müqəddəs David Ermiadz monastrında basdırılmışdı.”

Şairin məzarının üstünə onun dul xanımı tərəfindən deyilən bu sözlər həkk olunmuşdu:

“Sənin zəkan və etdiklərin rus millətinin xatirəsində əbədi yaşayacaq. Amma niyə mənim sevgim səndən daha çox yaşadı?”

“Əli və Nino” romanında:

“…(Aleksandr Qriboyedovun) … qəbir daşında xanımı Nino tərəfindən aşağıdakı sözlər yazılmışdı. Sənin zəkan və etdiklərin unudulmazdır. Amma niyə Ninonun sevgisi səndən daha çox yaşadı?”

Gündəlik

Yazıçı yusif Vəzir 1904-1917-ci illərdə gündəlik yazırmış. Öz sözləri ilə desək “Nə görürəmsə, nə qarşıma çıxsa yazıram.”

“Əli və Nino” romanında:

“Baxçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Daha məktəb illərindən yazmaqda olduğum xatirələrimin dağınıq qeydlərini düzəldirdim.”

“Sonra baxçanın bir tərəfində oturb keçmişin yadda qalan qeydlərini bir daha tez bir şəkildə sətirlərlə dəftərimə yerləşdirirdim.”

Nəticədə, o qeydlər haqqında danışılan kitaba çevrildi.

Əli və Nino – 2

Birinci hissəyə keçid

Natali Levisal “Liberasyon” (“Azadlıq”) qəzeti

Fransız qəzeti, 23 may 2002-ci il

1937-ci ildə imzalanan müqavilə ilə avstriyalı nəşriyyat evi “Tal” göstərir ki, Qurban Səid baronun xanımı Elfreyd von Ehrenfelsin ləqəbi idi. Tom Reys (tənqidçi) bildirir ki, baronun xanımı Elfreyd, həyat yoldaşı Rolf kimi, şərqə çox meylli bir insan idi və fəlsəfəni sevərdi. İslam dinini qəbul edən Rolf Ömər von Ehrenfels şəklində  adını dəyişir. Elfreydə gəlincə bu ölkədə (Almaniyada) daha çox almanlaşan qadın, Lev Nussimbaum adlı birindən təsirlənərək bu adı istifadə etməyə başlayır; Lev Nussimbaum Bakı əsilli yəhudi yazıçı özü də islamı qəbul etmişdi və özünə Əsəd adını götürmüşdü. Bu insan Elfreydə aşiq olur və vəziyyət mürəkkəb hal alır.

Daha bir xəbər

…Azərbaycanlı mühacir Məhəmməd Əsəd bəy ilə əlaqəli daha bir səhv məlumat tarixi faktla əvəz olundu. Bu dəfə yazıçının İtaliyanın Pozitano şəhərindəki qəbiristanlıqda, başdaşı yazısı ilə əlaqəli olub. Başdaşı islam ənənələrinə uyğun olmyan şəkildə yerləşdirilib…

Əli və Nino Hollywood-u heyran etməkdə Oxumağa davam et

Əli və Nino – 1

Əli və Nino kitab üzləri

Əli və Nino kitab üzləri

Adı bir sevgi nağılı kimi yaddaşa əlavə oluna bilər, amma hər səhifəsində minlərlə sirri bugünə qədər gizlədə bilən  bir sevgi nağılından daha çox, müqayisə edilməyəcək qədər çox…

Kaknüs Nəşriyyatı – Yusif Vəzir Çəmənzəminli-Türk Ədəbiyyatı-Roman

Əli və Nino; Leyli və Məcnun, Romeo və Culyetta ya da Dr. Jivaqo kimi sarsıdıcı bir eşq hekayəsi… Tərcüməsi Amerikada nəşr edilərkən haqqında Ercih Seqalın “Eşq Hekayəsi”ni kölgədə qoymaq iqtidarında olan bir əsər kimi təqdim edilmişdi. Azərbaycan türkü, müsəlman bir aristokrat gənc Əli Xan ilə gürcü, xristian bir şahzadə Ninonun sevgi hekayəsi, 1917-18-ci illərdə Bakıda, bolşevik işğalı ərəfəsində baş verir. 27 dildə nəşr edilməsi və nəşriyyatçıların bir tirajı üçün külli miqdarda pulu gözdən çıxarmaqları ilə tanınan bir kitab Əli və Nino. Azərbaycanın milli romanı… Keçmişlə müasirliyi, şərq və qərbi, islam və xristianlığı eşq adlı bir yerdə görüşdürmək üçün iradə göstərərək, bütün zamanları və mədəniyyətləri özündə cəmləşdirir.

Qurban Səid-Əli və Nino-Mehmet Harmancı-Everest Nəşriyyatı

Qurban Səid yaradıcılığının zirvəsi olan “Əli və Nino”  ilk dəfə 1937-ci ildə Vyanada nəşr ediləndə əsrin ölümsüz sevgi romanlarından biri olaraq dəyərləndirilmiş, “Romeo və Culyetta”, “Küləklə Sovrulanlar”, “Dr. Jivaqo” kimi təkrarolunmaz eşq hekayələri ilə eyni sırada göstərilmişdi. Ekzotik çöl mənzərəsi fonunda bu ovsunlayıcı roman, fərqli din və mədəniyyət sahibi 2 gəncin xalqlar arasındakı müharibəyə baxmayaraq bir-birlərinə sadiq qalan sevgi hekayəsini danışır. Xəzər qoynunda, Bakıda Asiya və Avropa, islam və xristianlıq, şərq və qərb dəyərləri iç-içə və eyni vaxtda əks mövqedə varlıqlarını göstərir. Şərq dəyərlərinə dayanan fikirlərə Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Bu imkansız sevgini yaşatmaq üçün şərq və qərb arasındakı sərhədi yox etmək qədər çətin görünür.

Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli, şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. “Min bir gecə nağılları” dadında olan bu kitabın gün işığına çıxması da ən az Əli və Ninonun hekayəsi qədər sirlərlə dolu və maraqlıdır. Bakı doğumlu və Avropada yaşayan Lev Nussimbaum ilə avstryalı Barones Elfriede Ehrenfelsin “Qurban Səid” imzası ilə birlikdə yazdıqları qəbul edilən romanın hansı hissələrinin kimin qələmi ilə yazıldığı cavabı bilinməyən sual olaraq qalmışdır.

Əsərin qısa məzmunu

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qırmızı Ordunun Bakını işğal etdiyi vaxtları əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas yer isə, iləri fikirli qərb ilə ənənəvi mühiti qoruyan şərqin qovuşduğu Bakıdır.

Əsərdə Əlinin Ninoya sevgisindən və Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən bəhs edilir. Gimnaziyanı qurtardıqdan sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusilə başqa dinə sitayiş edən qadınlara qarşı mühafizəkar fikirlərdə olmasına baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr, haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır.

Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər.  Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır.

Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir.  Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncə uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda hekayə edilənlər əslində onun gündəliyidir…

Əsərdəki əsas obrazlar:

Əli Xan Şirvanşir: Əsərin Nino ilə birlikdə əsas obrazı. Azərbaycan sevgisi ilə yaşayan bir gənc. Savadlı, Azərbaycanın müasirləşməsinə tövhəsi olan biri. Qərb kimi inkişaf etməsini istəsə də, şərq köklərinə bağlı idi. Ninonu çox sevirdi və bu qarışıq, bəzən xoşbəxt bəzən kədərli sevgi idi. Azərbaycan Respublikasının yaranmasında böyük əməyi olmuşdu və o vaxtın gəncliyini təmsil edirdi.

Nino Kipiani: Əsərin əsas xarakteri, gürcü şahzadəsi, müsəlman Əli xana aşiq idi və bütün Qafqaz qızları kimi gözəl idi. Avropa həyat tərzindən əl çəkib Əli xanla evlənəcək qədər aşiq idi ona.

Əli xan Şirvanşirin atası: Mühafizəkar bir insan idi. Dini əqidəyə bağlı olub, Əlinin bir müsəlman kimi yaşamasını istəyirdi. Öz həyat fəlsəfəsini şiə  təriqətinə görə quran birisi idi. Əlinin Ninoya olan sevgisinə sonradan razı olmuşdu.

Ninonun atası: Gürcü çarı, o da öz adətlərinə uyğun yaşayırdı. Gürcü olmağı ilə fəxr edər, tez-tez Bizans dövlətini tərifləyirdi. Əliyə münasibəti normal idi və bu münasibətdə Əlinin savadlı olmasının rolu böyük idi.

İlyas: Əlinin gimnaziyadan dostu, davakar bir xasiyyəti var idi, Osmanlı ordusunun Bakıya gəlməsini dəstəkləyirdi.

Professor Sanin: Bakıdakı rus imperatorluğu gimnaziyasında dərs deyirdi, yəhudi idi və qərb həyat tərzini dəstəkləyən və müdafiə edən biri idi. Tələbələrini bir Avropa insanı olaraq yetişdirmək əsas hədəfi idi.

İkinci hissəyə keçid

Birinci hissənin sonu…