Əli və Nino – 2

Birinci hissəyə keçid

Natali Levisal “Liberasyon” (“Azadlıq”) qəzeti

Fransız qəzeti, 23 may 2002-ci il

1937-ci ildə imzalanan müqavilə ilə avstriyalı nəşriyyat evi “Tal” göstərir ki, Qurban Səid baronun xanımı Elfreyd von Ehrenfelsin ləqəbi idi. Tom Reys (tənqidçi) bildirir ki, baronun xanımı Elfreyd, həyat yoldaşı Rolf kimi, şərqə çox meylli bir insan idi və fəlsəfəni sevərdi. İslam dinini qəbul edən Rolf Ömər von Ehrenfels şəklində  adını dəyişir. Elfreydə gəlincə bu ölkədə (Almaniyada) daha çox almanlaşan qadın, Lev Nussimbaum adlı birindən təsirlənərək bu adı istifadə etməyə başlayır; Lev Nussimbaum Bakı əsilli yəhudi yazıçı özü də islamı qəbul etmişdi və özünə Əsəd adını götürmüşdü. Bu insan Elfreydə aşiq olur və vəziyyət mürəkkəb hal alır.

Daha bir xəbər

…Azərbaycanlı mühacir Məhəmməd Əsəd bəy ilə əlaqəli daha bir səhv məlumat tarixi faktla əvəz olundu. Bu dəfə yazıçının İtaliyanın Pozitano şəhərindəki qəbiristanlıqda, başdaşı yazısı ilə əlaqəli olub. Başdaşı islam ənənələrinə uyğun olmyan şəkildə yerləşdirilib…

Əli və Nino Hollywood-u heyran etməkdə

…Dünyanın ən böyük rejissorları romanla əlaqəli kino çəkmək istəyir…

“XX əsrin əvvəllərində, Bakıda Rus imperatorluğunun gimnaziyayalarının birində, əynində qızıl işləməli geyim olan professor soyunqqanlı bir şəkildə danışır… ”

… Bu “Sonsuz Ümid” filminin ssenarisinin ilk səhnəsidir.

Kino tənqidçisi Miriam Shtein:

“Amerikalılar bu dəfə şərqə kəşfiyyata yollanacaq. Rəhbərimiz isə qərbin divarlarını şərq naxışları ilə bəzəyən Qurban Səiddir, qəhrəmanlarsa arzularının qurbanı Əli və qovuşa bilməyəcəyi sevgilisi Nino olacaq. İndidən bu romanın ağ pərdədə də necə böyük uğur qazanacağını hiss edə bilirəm…”

Daha bir xəbər

Belə ki, “A.D.Vision” və Pixar kimi dünya animasiya divləri arasında filmlə əlaqəli görüşlər başlayıb.

“Nino obrazı üçün mənə təklif gəldi. Əsəri oxudum və şok oldum. Orada şərq-qərb əlaqələri o qədər həyəcanverici şəkildə ifadə edilib ki, heyran olmamaq mümkün deyil.”

Salma Hayek

Azərbaycanlı oxucuların “Əli və Nino” romanının yazıçısı olaraq bilinən “Qurban Səid kimdir?” sualına amerikalı  tədqiqatçı Tom Reys yenicə çapdan çıxan “The Orientalist” (Şərq mütəxəssisi) adlı kitabında cavab verir. Tom Reysə görə Əsəd bəy və Qurban Səid ləqəbi ilə tanınan istedadlı yazıçı əslində Azərbaycanın paytaxtı Bakıda anadan olan Lev Nussimbaumdur. Öz fikirlərini isbat etmək üçün beş il axtarışlar etmişdir. Tom Reysin kitabı ABŞ-ın ən prestijli qəzetlərində yüksək qiymətə layiq görülmüşdür. Amerikalı tənqidçilər Tom Reysin əsərini həqiqi mənada bestseller olaraq görür.

Attribusiya

Ədəbiyyat dünyasında ən qızğın mübahisələrin vətəni.

Gizli imzaların hansı ədəbi şəxsə aid olduğunu axtarıb tapmağa çalışan sahə.

Hər bir gizli imzalı səhifənin digər tərəfində bir neçə kitabın və ədəbi şəxsin həyatı gizləndiyi üçün çox vaxt axtarışlar bir-birindən uzaqlaşan yolları göstərir…

Tarix isə sui-qəsdçilər tərəfindən yazılır…

1973-cü il 13 iyun Bakı qəzeti.

M.Muradova “Ədəbi Əlaqələr Sərhədləri aşmaqda” adlı məqaləsində İraqda “Qardaşlıq” jurnalının Qurban Səidin “Əli və Nino” romanı haqqında məlumat verməsinı yazır. Bundan başqa Qurban Səid imzasının Y.V. Çəmənzəminli olduğunu yazır bu məqalədə…

1991-ci il Azərbaycan Yazıçılar Birliyi

(Yazıçı) Elçin:

…Ədəbiyyat dünyasında görünən ən maraqlı yazıçılarımızdan biri, bəlkə də birincisi Qurban Səid-Əsəd bəydir. Bütün Avropanın diqqətini çəkən “Əli və Nino”, eyni zamanda “Şərqdən Gələn Qız” romanlarının müəllifinin şəxsiyyəti ilə bağlı fərqli fikirlər və fikirlərin ikisi daha çox yayılmışdır:

  1. Əsəd bəy-Yusif Vəzir Çəmənzəminli
  2. Əsəd bəy- Bakıda yəhudi ailəsində anadan olmuş, xaricə getmək məcburiyyətində qalmış və daha sonra islamı qəbul etmiş, Məhəmməd adını almış Leo(Lev) Nussembaum…

1996-cı il (Uzun Axtarışlardan Sonra)

(Yazıçı) Anar:

…Mən Yusif Vəzirin çox böyük yazıçı olduğunu, çox məşəqqətli bir həyat yaşadığını görəndə, istərdim bu kitab onun əsəri olsun. Amma bu gün bəlli olur ki, bu bir həqiqətdir. Doğrudan da, əsər əksinin isbat ediləməyəcəyi qədər həqiqətlərlə doludu. Burda çıxış edənlərin adında deyə bilərəm ki, ’Əli və Nino’ romanının təkrar nəşri Yusif Vəzirin imzası ilə olsun…

1937-ci ildə nəşr edilmiş “Əli və Nino” romanı, həm də Hilal Münşinin “Azərbaycan Respublikası” əsəri və 1930-cu ildə işıq üzü görmüş “Alman Güzgüsü” jurnalları və tarixin görünən səhifələrindən yola çıxaraq:

– Bildiyimiz kimi, 1937-ci ildə ilk dəfə alman dilində çap edildi.

– 70-ci illərdən başlayaraq roman və yazıçısı ilə əlaqədar fərqli fikirlər səslənməyə başladı.

– O illərdə Almaniyada yaşayan azərbaycanlı M.Musazadə romanı ilk dəfə Azərbaycan dilinə tərcümə etdi.

– Yazıçının Yusif Vəzir olması ilə bağlı Azərbaycan mətbuatındakı yazılardan sonra romanla əlaqədar mübahisələr başladı…

“Əli və Nino” Türkiyədə…

1971-ci ildə Türkiyədə əvvəlcə “Hürriyyət” qəzetində daha sonra bir kitab halında çap edildi. Kitabın içində ədəbiyyatçıların bu fikri öz əksini tapmışdı:

”’Əli və Nino’ romanının müəllifi Yusif Vəzir Çəmənzəminlidir. Həmçinin onların fikrincə, Qurban Səid Yusif Vəzirin imzalarından biri olmuşdur.”

1930-cu illər və o illərdən baxanda:

1929-cu ildə Əsəd bəyin “Şərqdə Neft və Qan”  əsərinin işıq üzü görməsindən sonra Hilal Münşi (tarixçi) mühacir mətbuatında daha sonra isə “Azərbaycan Respublikası” əsərində bununla bağlı geniş açıqlama yazır. Bundan başqa Berlin Universitetinin professoru Dr. G.Yeşken “Azərbaycan və Azərbaycanlılar”, “Azərbaycan Haqqında almandilli mətbuatdan” adlı məqalələrində Leo Nussembaumu təsvir etmiş, Əsəd bəyin kriminal həyatının Berlin polisi tərəfindən kəşf edilməsi, eyni zamanda onun yəhudi olması gerçəyini təsdiq etmişdir.

Qurban Səidin kimliyi barədə növbəti yazıda…

Əli və Nino – 2” üçün 2 cavab

  1. Geri bildiriş: Əli və Nino – 1 | Fotosintez

  2. Geri bildiriş: Əli və Nino – 1 – Fotosintez

Bir şərh yazın