“Addımlar”

1933-də doğulan, 1957-yə qədər Varşava Elmlər Akademiyası üzvü olan Kosinski həmin il Amerikaya köçür və Konnektikutda bir universitetdə müəllimliyə başlayır. O, Amerikada nəslinin ən yaxşı yazarlarından hesab edilir. 1967-ci ildə “Boyalı quş” romanı ilə səsini eşitdirən Kosinski 2 il sonra “Addımlar” romanı ilə Birləşmiş Ştatların ən yüksək ədəbiyyat mükafatı “National Book Award”ı qazanır.

Yazarın Amerikada gördükləri ilə Polşa xatirələrinin bir-birinə qarışdığı, iç-içə keçdiyi “Addımlar” ‘şərin, qorxunc bayağılığ’ın romanıdır.

Kosinski sözbəsöz, damcı damcı, çin işgəncələrindəki kimi, qaranlıqlar arasında yolunu qazıyır. Dərinin altına süzülür, sinirlər boyunca yüksəlir və ən gizli yerlərə zəhərini yerləşdirir. Günahkar olduğumuzu bilir. Etiraf etməyə… ya da kitabını bağlayıb kənara atmağa məcbur edir…

Bu şeytani səhnələr heç bir vəchlə bir-birinə bağlana bilməz…

Qorxunun mübarizəsini təsvirinə görə Kafka, qəddarlığı müqəddəsləşdirdiyi üçün Lotremont, tənha insanı absurd kainatın xaricində göstərdiyi üçün Kamyu, ‘erotizm’ə dini ritualların sehrli gücünü yeritdiyi üçün Jan Gene ilə müqayisə edilir…

Yazar əsərindən danışmağı qəbul edir (əsərləri 26 dilə tərcümə edilmişdir), yazarların “şəxsi iqtidar”ına qarşı çıxır amma dəhşətə səyahətdə “avtobioqrafik töhfələrin rolu” kimi, ona görə mənasız olan sualları cavabsız qoyur.

Qaçacaq ya da cinayət törədəcəkmiş kimi bir profilə sahib, bəzən bağlı dodaqlarında xəfif bir gülümsəməsi ilə Eji Kosinski (Jerzy Kosiński) heç də rahatlıqla “həzm olunacaq” biri deyil. Kitabları da həmçinin.

MÜŞAHİDƏÇİ

“Addımlar”da danışan mən deyiləm. Hamleti oynayanın Hamlet ya da bəsit bir teatr aktyoru olmadığı kimi. Özümü əsərin strukturundan, mövzulardan və ‘birinci şəxsin təki’ ilə danışdığım hadisələrdən məsul hesab edirəm. ‘Birinci şəxsin təki’ bunlardan istədiyi kimi yararlana bilər, bu məni maraqlandırmır. Əlbəttə, aramızda qohumluq bağı var, bir-birimizi təqlid edirik, lakin yenə də bir-birimizdən çox uzağıq.

İnsan, başqa şəxsiyyət vasitəsilə dilə gətirdiklərindən ayrı düşünülə bilərmi?

Xeyr. Qızdırmalı halda və ya tutmalar içində yaratmıram mən. Əksinə. Hər şeyi aşkar şəkildə görə bilməyim üçün mütləq bir biveclik içində olmağa, özümü “dondurmağa” çalışıram. Bitərəfliyi bivecliyi ilə sığortalanan bir müşahidəçi, şahid oluram.

Amma bu müşahidəçinin, bu şahidin gözləri şərin üzərində gəzir.

Sizin şər deyə adlandırdığınız şeylərin üzərində. Qəbul edirsinizsə, deməli şər mövcuddur, sizə tanış bir gerçəyi təmsil edir və sizindir. Oxucu kitabımın onu maraqlandırmadığını deyib onu bağlamaqda sərbəstdir. Təsvir etdiyim güzgüdə hər kəs öz mübtəlalıqlarının əksini görür. Bunlar mənimkilər deyil. Mən çoxlu paltarlar təklif edirəm, istədiyiniz kimi istifadə edin. Məsələn, amerikalı tənqidçilər “Addımlar”ın totalitar rejimlərlə kökündən sarsılan Avropanın narahatlığını vəsf etdiyini söylədilər. Fransız həmkarları isə xüsusilə Amerikada hökm sürən şiddət tapdılar kitabda. Şübhəsiz, hamısı haqlıdır… İnsan qarşısındakını özündən daha yaxşı görür.

Halbuki amerikan gəncliyi əsərlərinizə böyük maraq göstərmişdi.

Elədir, amma əks səbəblərlə. Gənclər, fərqli olduğu üçün hər kəsin “boğduğu” “Boyalı quş”da özlərini tapdılar. “Addımlar”da isə cəmiyyətin onlara təklif etdiyi və rədd edilən misalları gördülər. Mənim üçün olduğu qədər bəlkə onlar üçün də bütləri qırmaq biveclikdən ölməmək üçün əlimizdə qalan son hərəkət kimi görünür.

Amma siz biveclik iddiasındasınız, ona yönəlir və ondan ilham alırsınız.

Çünki büt qırmaq üçün bəzi hərəkətlər vacibdir. Həyəcan yaşadığımız anda, həyatın özündə var olan bir şeydir. Kitablarımda ona yer yoxdur. Başqa nəticə hasil etməkdən də qaçınıram. Kimyəvi tərəfdən saf formada, günümüz insanını qane edən tək çıxış yolunun hökmetmə və qulluq olduğunu göstərməyə çalışıram.

Bu məqsədlə də, kimyəvi tərəfdən saf bir üslub seçmisiniz.

Daha dəqiq desək, ən kiçik kölgənin mətni oxucudan gizləməməsi üçün şəffaf bir üslub. Əvvəllər ingilis dilini çox yaxşı bilmirdim ki, bunun mənə çox köməyi oldu. Məhdud söz xəzinəsi ilə, az sayda sözlərlə dərdimi danışmalı idim. Amma özümü tanıyandan bəri yaxşı təhkiyəçi olduğumu bilirəm. Bu da həyatiliyi davam etdirən, yaşamağa imkan verən bir sənətdir.

Amma Polşada olduğunuz 30 il ərzində bir şey yazmamışdınız?

Kommunist rejimin bir yazardan gözlədiyinə boyun əyməyim imkansız idi. Gizlində, əl altından oxunan bir yazar da ola bilməzdim. Özümlə aramda məsafə qoymağa ehtiyacım var idi. Birləşmiş Ştatlara çatandan sonra keçmişimi “düşünmək, yenidən canlandırmaq” üçün on il gözlədim. Bu qədər uzun bir müddət “qopmasaydım” yəqin ya susardım, ya da başqa bir şey danışardım. Eynilə indi bir neçə aylıq Amerikadan köçsəm, bu canlandırdığım şəxsiyyətlərdən (universitet müəllimi, dəbdə olan yazar və s.) xilas üçün olardı. Ən yaxşısı yol boyunca özünü və qorxularını itirmək, hər cür şəxsiyyətdən imtinadır. Turist – mənə ən yaxın olan peşə. Ancaq hamı hələ də boş vaxtlarımda nə ilə məşğul olduğumu soruşmaqda davam edir.

Həqiqətən, nələr edirsiniz?

İşıq üzü görəcəksə, başladığım tədqiqatı daha da irəliyə daşıyacaq üçüncü bir roman düşünürəm. Şiddətə alışdırmaqdan və insanlığın düşdüyü vəziyyəti bütün yalanlardan təmizlədikdən sonra başımızı ölümə tərəf çevirməyimiz gərəkdir.

– Le Monde –

1/3

Inspired by Zulawski‘s movie, “The third part of the night” (1971):

“Birinci mələk şeypuru çaldı. Qanla qarışıq dolu və alov əmələ gəldi, yer üzünə yağdı. Ağacların üçdə biri və bütün yaşıl otlar yandı…”

the_expulsion_from_paradise

“Cənnətdən qovulma” (1510), Albrext Dürer

***

“…İkinci mələk şeypuru çaldı. Alov-alov yanan dağ böyüklüyündə kütlə dənizə düşdü. Dənizin üçdə biri qana çevrildi. Dənizdəki canlıların üçdə biri öldü, gəmilərin üçdə biri qeyb oldu…”

800px-jean_louis_theodore_gericault_-_la_balsa_de_la_medusa_museo_del_louvre_1818-19

“Meduzanın salı” (1818),Teodor Jeriko

***

“…Üçüncü mələk şeypuru çaldı. Səmadan məşəl kimi yanan böyük bir ulduz çayların üçdə birinin və bulaqların üzərinə düşdü. Suların üçdə biri yovşan kimi acılaşdı. Bu acılaşan sulardan içən çoxlu insanlar öldü…”

munch_deathsickroom

“Xəstə otağında ölüm” (1895), Edvard Munk

***

“…Dördüncü mələk şeypuru çaldı. Günəşin üçdə biri, ayın üçdə biri, ulduzların üçdə biri tutuldu. İşıqlarının üçdə biri söndü, gündüz və gecənin üçdə biri qaranlığa qərq oldu…”

otto_dix_war_triptych

“Müharibə üçləməsi” (1924), Otto Diks

***

“Həmin günlərdə insanlar ölümü axtaracaq amma tapa bilməyəcəklər. Ölümü arzulayacaqlar amma ölüm onlardan qaçacaq. Tam o saat, o gün, o ay, o il üçün gözləmədə olan 4 mələk insanların üçdə birini öldürmək üçün buraxıldılar.”

***

Həmin dəhşətli yaddaşın şahidi olmuş şair Lotremont, məlum intihar hadisəsindən 4 gün əvvəl kağızın üçdə birində qısa xülasə keçir və növbəti günlərdə ona verdiyim ipdən heç də yaxşı faydalanmır və hər kəsi qabaqlayır:

“…Yakarmalarına, kendisine günah ödeyici kurban olarak sunduğun cömert sungulara karşı duyarsız davranan Tanrının çürümüş dinine daha ne kadar bağlı kalacaksın? Bak, çiçek çelenkleriyle sofuca bezenmiş sunaklarına döktüğün tas-tas kan ve beyinden dolayı minnet bile duymuyor bu korkunç Tanrı. Minnet duymuyor…çünkü dünya kuruldu kurulalı yer sarsıntaları, fırtınalar hala ortalığı kasıp kavurmakta. Ve, bununla birlikte, gözlemeye değer bir gösteri, o kayıtsız kaldıkça sen daha çok hayranlık duyuyorsun ona. Gizlediği özel niteliklerine karşı kuşku duyduğun görülüyor; ve kanıtın şu düşünceye dayanıyor: Dinine boyun eğen inanmışlara karşı bunca aşağsamayı ancak aşırı güçte bir Tanrı gösterebilir. İşte bu yüzdendir ki her ülkede değişik tanrılar var, burada timsah, orada orospu; ama, bit, bu kutsal ad, söz konusu olunca, ulu tapınağın iç avlusunda, çirkin ve acımasız putun ayaklığı önünde, bütün uluslar kölelik zincirlerini hep birlikte öperek dize gelirler. Kendi sürünme içgüdülerine boyun eğmeyen ve başkaldırır gibi olan halk, amansız Tanrının öcüyle bir güz yaprağı gibi yok olup, yeryüzünden er geç silinirdi…”