heç üçün mətn

“Mövcud olduğum yer, xatırlanacağım, xəyal olunacağım yer bir qış gecəsi idi, bu o qədər də vacib deyil, inanırdım özümə, inanırdım özüm olduğuma, xeyr, ehtiyac yoxdur buna, başqaları da var axı, harada, başqalarının dünyasında, uzun ölümlü yollar üzərində, səmanın altında, bir səsə sahib, xeyr, ehtiyac yoxdur, hərəkət etməyə güc də qalmayıb bəzən, başqaları, xalis olanlar hərəkət edirlər amma yer üzərində , şübhəsiz yer üzərində, yeni bir ölüm, yeni bir oyanış müddətində, burada bir şey dəyişsin də, bir dəyişkənlik olsun da, doğumlar daha uzaq olsun deyə, ölümlər daha uzaq olsun deyə, ya da bu anı və xəyallarla dolu fısıltının içində və çölündə yenidən həyata qayıdılsın deyə gözləyərkən. Aysız, ulduzsuz, amma aydınlıq bir qış gecəsi, görür bədənini, qarşını, qabağının bir parçasını, nə aydınladır bu qeyri-mümkün gecəni, bu qeyri-mümkün bədəni, onda xatırlayıram özümü, xalis gecəni, səhərsiz gecəni xəyal edirəm və necə sabaha çıxacağını, sabaha necə qatlaşacağını, danla birlikdə yüksələn günə, dünənə necə dözübsə elə dözəcək. Ah bilirəm, mən deyiləm o, hələki deyiləm, köhnə bir döyüşçü o, gündüzlərə və gecələrə öyrəşmiş, amma unudur, məni düşünür, həddindən artıq düşünür, gün doğumuna hələ çox var, bəlkə də nəhayət gəldi günəşin bir daha doğmayacağı gün. Söylədiyi budur, bir azdan özündən ayrılacaq səsilə, bəlkə bu gecə; Necə də aydınlıq, deyir, necə keçirəcəyəm sabahımı, dünənimi necə keçirdimsə, sabahımı da elə keçirəcəyəm, qurtardı, sabaha hələ çox var, kim danışır mənimlə bu şəkildə, sanki yerini zəbt eləmişəm kimi, həyatına qəsd eləmişəm kimi məhəl qoymur mənə, heç vaxt xilas ola bilmədiyim utanc duyğum əngəl oldu yaşamağıma, bax beləcə, eyni mənasız kəlmələri təkrarlayır, çənəsi ürəyində, qolları dizinin dibində sallanır, gecənin içində. Məni onun içinə, hələ də yaşayan onun içinə, dartmağı bacaracaqlarmı görəsən, mənim xatirəm və xəyalım budur, amma orada deyiləmmi uzun müddətdir, orada deyiləmmi var olandan bəri, zərrə qədər duyulan peşmanlıq kimi; can çəkişən birinin gizli saxladığı gecəm deyilmi bu, məhkəməsindən qaçdığım işim deyilmi bu; bu andan başlayaraq ölənə qədər var olmuş olmağım üçün tək şansım əlimdəki, bəs bu cür boşboğazlıq edən kimdir, hər tərəfdə səslər, hər yanda qulaqlar var, biri danışığını kəsmədən, kim danışır, deyir, o biri eşidir, dilsiz biri, hər kəsdən uzaqda heç nə anlamır, hər tərəfə dağılmış bədənlər, əyilmiş, yerlərində dayanırlar, ümidlərinin doğulduğu yerdə, ümidlərimin heçə endiyi yerdə, o ilk gələndən fərqsiz olaraq. Heç kim gözləməyəcək, o da, başqaları da gözləməyəcək, heç kim mən onun içində yaşayım deyə, onunla birlikdə ölüm deyə gözləmədi heç, amma tələsin, hamısı da ölür. Gəlin tez ölək, tez, o olmadan, yaşadığımız kimi, daha çox gecikmədən, yaşadıqlarımız əlimizdən alınmadan, deyərək. İndi gəldik bu birinə, təbiidir bu, məni uğursuzcasına boynuna götürməyə çalışaraq, özünü uğursuzluqla silməyə çalışaraq mənasız-mənasız danışan, bu son başqası barəsində, saydan da, şəxsiyyətdən də uzaq, tərk edilmiş varlığı maraq dairəmiz olan başqası barəsində heç bir şey deyilə bilməz. Baxın, 3 necə də gözəl şəkildə 1-ə düşdü, həm də heçdən fərqsiz 1-ə. Elədirsə, zamanı gəldi, deməyimi gözləyirlər, yerüzü budur bax, artıq itirməkdə olduğum mənə verilmiş olan beynim, ürəyim kimi orqanlarım, onları itirər-itirməz bir başqasına aid olacaq, çox təşəkkür edirəm, burada ona bu cür sərt sözlər sərf edildiyini eşidincə, gülür, var olmayan müdrikliyin səssiz gülüşü ilə, düşkünləşməyə başladınız, etiraf edin bunu, velosipedə minməyə istəyəcəksiniz nəhayətdə. Mühasiblər xorudur bu, tək bir nəfər kimi deyirlər düşüncələrini, onlara qoşulmaq istəyənlər var, yer üzündəki bütün insanlar kifayət etməyəcək, milyardların sonunda bir tanrıya ehtiyac hiss edirsiniz, mövcudluğuna şahidlik edilməyən hər şeyin şahidinə, hər şeyin bərbad olması necə də xoşbəxtlik gətirir, heç bir şeyin heç vaxt başlamaması, heç bir şeyin heç vaxt olmaması, həyatsız sözlərdən başqa mövcud olan bir şeyin olmaması…”

***

Похожее изображение

Hərəkətlərimizi anlamağa çalışmaq

Bir şərh yazın